Skip to main content

Posts

Showing posts from 2013

Müharibə sülhdür

Ordudan yazmaq üçün ordu quruculuğunu ,müharibədən yazmaq üçünsə bir dəfədə olsun müharibənin içində olmaq lazımdır.Müharibənin olmağını arzulamıram da ,xoş hadisə deyil .Corc Oruellin frazası ilə desək Müharibə Sülhdür .Hegomon dövlətlər torpaq iddiası ilə müttəffiq olurlar.Külək hansısa tərəfə hərəkət edirsə ,bir də görürsən fikirlərini dəyişir düşmən olduğu dövlətlə bir məqsədə görə barışırlar.Düşmənimin düşməni mənim dostumdur fikri ön plana keçir.Arada alınb satılanlar isə SadəVətəndaşlar olur.Qazananlar isə güc sahibləri. Nəysə ! Dünən yeni il gəlir deyə bu mövzuda nəsə axtarmaq istədim .Sonra düşündüm ki onsuz da bunun haqqında çox danışırlar.Danışdıqlarına görədə bayram ab-havası itib batıb.Gözümə sataşan isə dünyanın Ordusunun sayına görə onluqda olan ölkələr dəydi .Bir az araşdırdım.Birinci yerdə Çin Xalq Respublikası idi 2285000 ,Sonrakı yerləri isə növbə ilə ABŞ(1,458,219),Hindistan (1,325,000  ),Şimali Koreya (1,106,000).Türkiyə Cümhuriyyəti isə 6 -ci yerdə (666,57...

Qardaş qatili-(Qabil)

Sonra gələcək bütün nəsil Qabildən törədi,çünki o öz qardaşının qatili olmuş ,gələcək insanların içlərindəki mərhəmət hissini də əliylə məhv etmişdi Düşündüm ilk insan qatili olmaq ,kimisə öldürdüyün üçün peşmanlıq çəkmək ,ilk insan məzarının qazılması ,ilk ata-ana qarğışının göylərə ünvanlanması bütün bunlar Qabilin etdiyi səhvlə meydana gəldi. Qabil indiki insanlara oxşayır yolunu bilməyən ,mənəvi rahatlıq tapmayan ,torpaq olmaq üçün yarandığını iddia edən zavallı insana. Qabil deyir-"Bu da həyatmıdır,çalış,çalış neçin mən çalışmalıyam ,atam cənnəti uduzduğu üçünmü ,bəs mənim günahım nədir.?Əminəm bizlərdə uzaq keçmişı deyildə hardasa ən yaxınlarımızı bizi dünyaya gətirdiyi üçün beləcə lənətlədiyimiz olmuşdu.Bizlər necədə nankoruq. Nankormu?Məgər Tanrı deyilmidi deyən heyvanları insanlar üçün ,insanları isə özü üçün bir yem olaraq yaratmışam .İnsan heyvanların ondan daha bəxtiyar olmasına dözməzmiş .Buna görə heyvanı insandan fərqli yaratdı. Elə bil Habil ölsədə Qabil kimi...

vecsizlik

Dayan ! deyimHərəkətlərimlə istəklərim arasında tərs mütənasiblik var bilirsən ,Mariya -o həqiqətdir ki,ağıl ürəyin istəklərindən xəbərsiz olub,Diana məncə dərd eləməyə dəyməz -Başa düşmürsən məncə bu uyğunsuzluq həyatımın axırına çıxa bilər,Mariya Bax o stolun üstündəki kitabı görürsən.Onu oxumaq istəyirəm ,amma hər dəfəsində elə birinci səhifəsində çox şey yekunlaşır sanki. -Bəlkə uzaqlaşasan -Cəhd eləyirəm ,uzaqlaşıram,amma burulğanın apardığı əşyaya dönüşürəm,nə qədər istəsəm onun içində fırlanır,fırlanıram. -Eyni nəsələr baş verir.İstəklərimlə hərəkətlərim arasında uyğunsuzluq və mənim bütün bunlara qarşı mübarizə aparmaq gücümün olmaması. -Sən zəif biri deyilsən .İstəsən hərəkətlərinin üstündən əl çəkər ,bir məqsədin formalaşması üçün səbr edərsən -Düzü bezmiş .Vecsiz birinə çevrilmiş,nə istədiyini bilən ,amma onu heç vaxt əldə etməyən birinə deyirsən bu sözləri ,Diana

Yoldan keçən insan

Fikir versən üstündəki ən bahalı əşya telefonu olacaq.Əynindəki şalvar çox geyinilməkdən solmuş,köynəyinin səliqəsizliyi göz deşirdi,amma nə olsun ki böyük ürəyinin olmasından ətrafdakıların xəbəri belə yox idi.Yadımdan çıxmışdı ,bir də qulaqcıqları.Həmişə yanında daşıdığı əşya. Amma qəhrəmanımızın bunlar heç də vecinə deyildi. Ha yadımdan çıxmışdı,ayaqqabılarının arxası da cırılmışdı,bəlli etməmək üçün yerişini belə dəyişmişdi.Uzaqdan baxanda isə qayğılı insana oxşayırdı,amma bir azda qayğısız. Elə bil gələcəyin gətirdikləri onu qorxudurdu. Hər dəfə həftənin iki günü onu eyni yoldan keçəndə görürdüm,əminəm mən onu ətrafda baş verənlər qədər diqqətini çəkməmişdim.Bu arada ondan xoşum gəlirdi.Həmin gün ,həmin saatda onun eyni yoldan keçəcəyini gözləyirdim.Arada fikirləşirdim ki"O dəqiq lap dəqiq insandır" o isə yoldan qayısız halda keçirdi. Bir dəfəsində onu həmişəkindən çox qayğılı gördüm.Özündən ayrılıb,ətrafdakı səslərə qulaq asmaq istəyirmiş kimi.Başını qaldırdı.Budu...

Qısa metrajlı filmlər(Short metrik film)

Academy of Motion Picture Arts and Sciences qisa filmlərin vaxtını 40 dəqiqə və ondan az olmaqla qiymətləndirir.Qısa filmlər peşəkar və  həvəskar ola bilər.Qısa filmləri yerli,milli,beynəlxalq film festivallarında tez-tez ekranlaşdırırlar.Belə filmlər müstəqil filmmakerlər tərəfindən yaradılır ki bəzən filmin dəyəri az xeyri isə çox olmur.You tube ,Vimeo kimi saytlarda qısa filmlər yerləşdirilir. The International Festival of Very Shorts  festifalında müddəti üç dəqiqədən az olan qısa filmlər mükafatlandırılır. .Filminute festifalı 2006-ci ildən Bir dəqiqəlik qısa metrajlı filmlərindən yaxşılarını seçir. Qısa filmlərdə süjet xətti olur.Musiqidə fonda verilir.Düşünürəm ki,düzgün musiqi seçimi ,yaxşı qısa metraajlı film deməkdir.Filmə tamaşa edən özü nəticə çıxarır.4-5-6 dəqiqədə bütün hissləri yaşayırsansa deməli əsl qısa metrajlı film izləyirsən. Aktyorlar ,həvəskar insanlar sadəcə kamera qarşısınada oynamırlar.Bütün emosiyalarını ortalığa qoyurlar.Zaman dar və məhduddur....

Qismət əvəzinə Olacaq

Qismət Bu sözü nəyinsə alınmayacağına şübhəmiz olduğu zaman işlədirik məncə.Əslində heç də ümidverici bir ifadə deyil.Qismət demək əvəzinə OLACAQ deyə bilərik. Düzdür indi deyəcəksi "Saniyənin də hökmü var,bilə-bilmərik ki, növbəti saniyələrdə bizi hansı bədbəxtliklər gözləyir.Ona görə qismət deyib üstündən ötürük. Qismətə inanmıram . Qismət anlayışı mənim əlimdədir.Belə düşünək bu gün qarşıma biri çıxır ,nəyinsə müsbət olacaöına məni inandırır.Seçim etmək imkanım varsa, o işin üstünə gedib-getməməkdə  məndən asılıdır.Yox da deyə bilərəm halbuki. Bu gün təsadüflər nəticəsində Fatalistlər haqqında eşitdim.Yəhudi əsilli Amerikan yazıçısı İsaak Zingerin eyni adlı hekayəsi  var.O deyir ki," Fatalistlər o insanlardır ki, onlar xırda bir hadisənin səbəbinin də neçə min il bundan əvvəl proqnozlaşdırıldığına  inanırlar.Tale ,qismət, alın yazısı anlayışları kimi. Fatalist deyəndə fikirləşdim ki ,onlar daha geniş düşünürlər.Məsələn həmişə inanmışam ki , qarşımda yol var ,onu ...

Tərs gün

Axşam sevgili olduğunu düşündüyünüz biri sizi atır.Onun zənglərinə cavab vermədiyinə görə.Sənin qırılmağın barəsin də də düşünmür.Gecədən bəri də deep in death deyib yata bilmirsiz. Səhər açılır və sizin vaxtında olmalı olduğunuz məkan var.Nəsə durursuz ,geyinib hazırlaşırsız,səhərdə bir az ailədə kefinizi pozurlar.Saxta smile üzünə alıb bu gün hər sey yaxşı olacaq deyirsən,hətta günəşin şüası falanıda ortaya qatıb,özünü guya xoşbəxtsənmiş kimi göstərirsən. Hə hazırsan .Evdən çıxırsan.Yarım saat eyni nöqtədə tərpənməz dayanırsan.Sənin də həmin yerə çatmağa 1 saat vaxtın var.Elə hey ora çatmaq barəsində fikirləşirsən. Aha yollar açılıdı və sən 10 dəqiqədə olsa da gecikəcəyini düşünürsən.Bu dəfə heç cür nəqliyyata etibar etmirsən.Ayaqlarıma güc verərəm deyirsən.20 dəqiqə üzüyuxarı yolu qalxırsan .Polis də qırmızı işıqda keçdiyimə görə tərs-tərs baxır,nəsə deyəsən qaşqabağımdan yaxınlaşıb cərimə kəsməkdən qorxdu))) Hə qapıları açıb özünü 5 -ci mərtəbəyə atırsan. "Hə siz mənim ya...

ASTA HƏYAT)))

Saniyənin necə də bir hissəsində hərəkətlərimiz lentə alınsaydı nələr baş verərdi.Məncə həyatımızı sistemli şəkildə düşünmək üçün vaxtımız olardı.Məsələn ani olaraq insanları yaxalayan ölüm kimi .Düzdür ondan qaça bilməzdik ,amma ölümün vaxtını uzada bilərdik.Məsələn maşın qəzası zamanı ölmək kimi.Yavaşlatsaydıq zamanı həmin dəhşətli anın qarşısını alardıq. Həyatımız yavaşlasa nə baş verər ? Bəzi nəsələrin mahiyyətinə varardıq.Halbuki onun barəsində nə vaxtsa düşünsəydə ,amma  araşdırmaq bilmək üçün zamanımız olmayıb.O qədər müəmmalar var ki ? İldırımın çaxması , İnsanların asqırmasının incəlikləri saniyənin müəyyən anında izləyə bilərdik.Zamanı yavaşlada bilsəydik cəld heyvanların   şikarlarını necə əldə etməsinin müəmması da bizə açılardı. Videolara baxanda həyatımı yavaşlatmaq istədim.Sonrada anidən sürətləndirmək.Qarşıma çıxan maneələri darmadağın etmək barəsində fikirləşdim.Yox ! Yox ! mən nə vaxtsa da bu barədə düşünmüşdüm.Yolda gedərkən melodiya dinləyən zaman....

Sevimli oğlanım)))

Bu musiqi qrupu ilə tanışlığım yenə də dostumun sayəsində olmuşdu.Bax dinlə xoşuna gələcək demişdi.Bu sözlərin üstündən bir il keçsədə,xoşuna gələcək artıq azlıq edirdi.Narkoman nədənsə asılı olduğu kimi bizdə bu beşliyin xəstəsinə çevrilmişdikSözün yaxşı mənasında.Onu da qeyd edim bu sevgi hələdə davam edir.Musiqinin dili yoxdur demişdilər inanmamışdım beləcə bunu da anladım ki,dünyanın harasında yaşayırsan yaşa insanları birləşdirən nəsə ortaq nöqtələr var.Bizi də birləşdirən BSB Və onların musiqisi oldu. " Musiqi sevgidir , Sevgi Musiqidir , Musiqi həyatdır və və mən öz həyatımı sevirəm .Təşəkkürlər   və gecəniz xeyrə" deyən qrup üzvi Aj-Mclean -dən danışmaq istəyirəm.Tək onun haqqında yazmağı düşünsəm də sonra fikirləşdim ki onu BSB -sız ,BSB -nı da onsuz təsəvvür etmək olmaz.Beləcə qrup halında olan musiqilərdə blogda yer alacaq. Hər istedadın özünün mənfi cəhətləri var.Əgər kimsənin şəxsi həyatında nəsə çatışmırsa bu  bizə haqq vermir ki onu bəyənməyək və yaxud hə...

Xahiş edirəm dua elə!

Biz cənnətdə görüşə bilsək sən mənim adımı xatırlayacaqsan,Hər şey eyni olacaq mən səni cənnətdə görsəm?Mən Güclü olmalıyam çünki mən cənnətə məxsus deyiləm.Mən səni cənnətdə görsəm mənim əlimi tutarsan?Dayanmağıma kömək olarsan mən səni cənnətdə görsəm?Gündüz və gecə mən öz yolumu tapmalıyam çünki mən cənnətdə qala bilmərəm. Xahiş edirəm dua elə dua elə! Son bir həftədir ki ,Eric Claptona qulaq asıram .Bir az kədərlənirəm ,bir az sevinirəm.Sonra hardansa  adını belə bilmədiyim hansısa musiqi alətinin səsinin gitara ilə ahəngini duyub xoşbəxtlik duyuram.Yolda ,metroda ,cürbəcür insan selinin içindən keçərək  dinlədim  onun melodiyalarını .İnsanların fikirləri məni bezdirmişdi .Kənara çəkildim "On "düyməsini basdım .Budur o bəşəri melodiya qulaqlarımda səslənir.Ruhumu oxşayır.İtirdiyim insanları xatırladır.Geri qaytarmaq istəyirəm amma sadəcə dua eləmək əlimdən gəlir.Başqa heç bir şey edə bilmərəm.Dua edirəm! Dua edirəm! Dua edirəm! Bilirdim bu melodiyada nəsə kədər gi...

BAKININ "QAVROŞ"U

Üzündə çapıqlar ,əlləri indidən kobudlaşmış ,gözləri qorxulu bir o qədər kədərli,əynində çox köhnə bəlkə də kiminsə ona verdiyi və ya zibil köşələrindən tapdığı paltarlar.Başında eyni nimdaşlıqla papaq. O saat hiss olunur ki,şəhərimizin "QAVROŞ"UDUR. Bir az da ədəbsiz .Saxla!Saxla!Saxla deyəcək qədər ədəbsiz.Səsində isə illərin kobudluğu var. Fikir verirəm yekəqarın ,bəlkə də 150 kilo olan biri həmin uşağı kənara çəkib nəsə təkəbbürlə soruşur.O da büzüşüb  inandırmağa çalışır ki  "ƏLİMDƏKİ ELƏ DƏ TƏHLÜKƏLİ DEYİL! Mən içən deyiləm inanın elə çəkən də Vallah! Avtobusun zəif işiğında  qorxulu gözləri üzümə zillənir.Təhlükə duyuram ,amma eyn zamanda mərhəmət . O yekəqarın özündən güclünün qabağında sərçəyə dönəcəydi .Onun da gücü ,kişilik məharəti ona çatırdı.Qorxu duyduğu Qavroşu köşəyə sıxışdırmaq ,ondan ədalətli olmağı tələb etmək . Bir şey dəqiqdir belə insanlar nə qədər yoxsul olsalarda ,içlərində azacıqda olsa ,sürücünün haqqını erə biləcək qədər dürüstlük v...

Azərbaycanlı qızına xaricinin cazibəsi

Azərbaycanlı qızın xarici ilə evlənməsinin səbəblərindən başlayaq.Bir balaca insanlardan soruşdum.Cavab gəldi ki ,əlbəttə PUL! Bəziləri isə işi Tükəzbanlara nə bilim Kezbanlara bağladı. Mənim kimilər isə onların incə ruhlu ,romantik olduğunu dedilər. Əlbəttə elə bizim cəmiyyətdə heç xarici olmasın qız pula satılır,lap bunu çıxıb inkar etsinlər görüm. Təbii xarici ilə evlənmək də əsas faktor pul ola bilər.Bəs Tükəzban məsələsi nə? Belə fikirləşənlərə cavabım "Xarici vətəndaş ilə evlənən qızın zəka səviyyəsi üst qatda olacaq.Tükəzban dedikləriniz isə ancaq məhəlli birini tapıb evlənəcək.Belə deyək onun üçün fərq etmir varlı və ya kasıb.Cin olsun şeytana bənzəsin amma yanında fiqur gəzdirsin.Xarici ilə evlənən qız ən azı özünün qərar vermək qabilliyyəti,savadı ,ağlı olur.Təbii zənci ilə evlənmək istisna olmaqla)) Ha incə ruhlarından danışdıma axı! 1-Onlar əgər kimdənsə xoşlanarlarsa və ya qarşıdakının cazibədar olduğunu ,sevdiklərini çəkinmədən deyə bilirlər.Yəni sərbə...

"Gənc nəslin saçlarından tualet kağızı kimi istifadə eləməyə cəhd etməyin!"

İnsanlar müxtəlifdilər: 1-Baxarlar və susarlar 2-Görərlər və susmazlar. İkinci kateqoriyadan olan insandan danışmaq istəyirəm .O insandan ki ,bloguna milyardlarla  user baş çəkir,kitabları bestsellerə çevrilib.Onu müasir Çinin qəhrəmanı da deyə bilərik. O deyir"Gənc nəslin saçlarından tualet kağızı kimi istifadə eləməyə cəhd etməyin!" Məncə Kommunist ölkəsində yaşayıb bu sözləri demək üçün cəsarətin olmalıdır insan.Elə buna görə onlar deyir ki ,Han Han həyatın içindən yazır ona görə bizlərin xoşuna gəlir. İnqilabçılıq uşaqlıqdan formalşıb Han Han da.O sübüt edə bildi ki ,həyatda uğura imtahandan kəsilsən də nail ola bilərsən.Fizikaya,Riyaziyyata nifrət edirdi,elə bu səbəbdən 7 kursdada kəsildi. Han Han 29 yaşındadır .Peşəkar Ralli Pilotu,kitabları ilə satış rekordu qırmış,Party adlı jurnalın yaradıcısı ən əsası da musiqiçidir. 17 yaşında hekayə yazır ona prestijli mükafat qazandırır.Sonrasında da vurğuladığım kimi romanını yazmaq üçün məktəbi tərk edir. Kİtabı tez bi...

13-cü sırada oturan adam

Kiminsə yerinə,və yaxud hansısa bəşəri məqsədlər üçün özünü qurban verə bilərsənmi? Məncə hamıda o ürək yoxdur.Elə 13-cü stulda oturan adam kimi. Sevmək deməkdə elə buna bənzəyir,Sevirsən amma heç bir fədakarlıq eləmirsən.Zaman keçəndən sonra isə heç yadına da düşmür.Məzarının olduğu yeri belə unudursan. Məgər tanrı insanı yaradanda  ona müqəddəs hisslər verməmişdi.Yoxsa özümüz dəyişildik,başqalaşdıq bizə düz yol göstərən amma özü çəp yollardan istifadə edən iblisəmi uyduq? Tanrı insanı belə bəsit yaratmamışdı.Yalnız özünü düşünən xudpəsənd insan.! Bəlkə məndə belə deyiləmdir.Heç sevə də bilmərəm,kiminsə uğrunda özümü qurban da vermərəm.Mən də hardasa iblisəm! Bu gedən haqqında xoş sözlər deməyə bənzəyir.Bəşəri də deyiləm .Gündəlik qayğılarımla yerimdəcə sayıram..Əslində insan bu qədər bəsit deyildir.  Henrix İbsen yazır ki,insan özünü aldadır nələrləsə və bu da insanı gələcək üçün yaşadır.Yoxsa həmin insan çoxdan məhv olmuşdu.13 -cü sırada oturan insan kimi.Əslində özü ...

Sevgilimə məktub)))

-Sənin üçün darıxmışam. -Doğru deyirsən? -Bizki hələ təzə tanıyırıq bir-birimizi -Yaxşı sən deyən olsun gecən xeyrə. Fonda melodiya dönə-dönə səslənir Sən təksən? Sən məni axtarmısan heç? Mən səni yenə görə biləcəm? Hava soyuqdur,ildırım çaxır.Sənə məktub yazmaq keçir içimdən,Elə məktubku sən onu heç vaxt oxumayacaqsan ,mən də göndərməyəcəm. İndi payız aylarını yaşayıram.Dərslərim də başlayıb.Hər gün gedib-gəlirəm.Fərqli simalarla tanış oluram.İşin gülməli tərəfi odur ki,bəzən həmin fərqli simalar çox eyni gəlir .Bezirəm! İndi gecədir ,yağış yağır.Soyuq meh otağıma dolur.Suyun yerə çırpılması bir başqa ahəng yaradır.Səssizliyi dinləmək istəyirəm,amma sükütu yarpaqların xışıltısı pozur. Mədə ağrılarım da yenə özünü göstərir.Dediyim şeyləri təkrar edirəm.Özümü heç düşünmürəm.Dünən lap yağışın altında qalmışdım,yamyaş oldum,amma bunlar içimdəkilərin yanında əhəmiyyətsiz görünür.İslandım evə çatanda .Anam danladı. Otağıma çəkildim.Yağış dayanmışdı ,sükütu dinlədim.

Heyvan yoxsa Insan

Kütlə içində yox olmaq,bir az da onların arasında əzilmək.Ürəkbulandıran  tər  iyi mənasız söyüşlər.Hər cür simalar .Baxışlar isə eyni Bəzən düşünürsən ki,bir nəfər eyni bədbəxt görünüşlə səni izləyir.Fikirləşirsən insan niyə var olub? Sualın cavabını özün belə bilmirsən.Hardasa ağlına gəlir deyirsən "Heyvanların yaradılması ilə niyə təbiət öz işini yekunlaşdırmadı"? Məgər lazım idi düşüncəyə sahib olan məxluq,əzaba qatlanmalı olan insancıq,xirtdəyini düşünən "heyvan." Heyvanlarda yaşam uğrunda bir-biriləri ilə daim mübarizə aparırlar.Birinin sağ qalması da digərindən asılıdır.İnsanlarda belədir ,amma heyvanlar daha təbiidirlər. İnsana ehtiyac varmıydı ?Hələ üstəgəl ona düşünmək kimi bir üstünlük vermək kimin vecinədir. Heyvanlar daha şanslıdırlar onları düşündürmür gələcək ilə bağlı qayğılar.Onlar üçün bu gün üçün yaşamaq var.Mənalıdır elə deyilmi?Ən azından insan həyatından üstündür. İnsan olmasa idi təbiətdə də heç bir dəyişiklik olmazdı beləcə.Heyvanlar ols...

öldü

Öləcəyinə saniyələr qalmış insan nəyə bənzəyir,həmin an nə düşünür.?  Qapı arasındakı boşluqdan dayanıb baxırdım.Elə bil otaqları ayıran bu arakəsmə ,onun hər nəfəs alışında aramızda yaranan uçuruma çevrilirdi.Hər nəfəs almaqda ölümə bir az daha yaxınlaşmağa bərabər idi.O isə elə heyy nəfəs alırdı.Aramızda bu uçurum olmasaydı,əgər o qapının arakəsməsində donub qalmasaydım,gələr səni nəfəs almamağa təhrik edərdim.Nəfəs almaq insanı yaşadır ,amma bu ölümə yaxınlaşdıran nəfəs idi və sən nəfəs alırdın. Səni yola salanda da həmin nəfəs aldığın kimi  ölümə də mənzilinə də tələsirdin.Bu dəfə ki mənzilini görmək istəyirdin.Həmin mənzilin yeni sahibi olacaqdın bax ona görə tələsirdin.Heç getdiyini görmək şansım da olmadı,çünki həmişə gəldiyini izlədim,bu dəfə getdiyini özüdə həmişəlik yeni mənzilinin sahibi olacağını düşünmək,eyni zamanda həmin mənzildə qonaq olmaq haqqının olmaması uçuruma yuvarlanmaq demək idi. Nəfəs alarkən bizi ayıran arakəsmədən izlədim səni,ölümlə də müba...

1800-lərdəki mən

1800 -cü illər.Küçələr hər kateqoriyalı insanlarla doludur.Kübar ədası ilə diqqət çəkənlər,əlləri çox işləməkdən qabar bağlamış insanlar.Zəngin məhlələrlə yanaşı kasıb daxmalar.New York city -də əməlli başlı təzadlar şəhəridir bir sözlə.Bəs mən kiməm? Zəngin bir ailənin kübar qızı .Dəbdəbəni sevirəm .Beləliklə bu mənim hərəkətlərim də də ,insanlara münasibətində də özünü göstərir.Özümdən razı xudpəsəndəm ?.Yox mən əminəm belə deyiləmdir.Səyahəti sevirəm .New york city nin küçələrini faytondan izləmək ,əks təzadları müşahidə etmək maraqlı gəlir.Hələ yadımdadır bir dəfəsində faytonun qarşısını həyasızca kəsən dilənçiyə 20 sent vermişdim.Deyəsən o mənə həsəd aparırdı.Etdiyim jestlərə,zərif donuma ,bütün cazibədarlığımı ortaya çıxaran saçlarıma.Fayton yola düşmüşdü ,amma deyəsən o uzun müddət arxamızca baxdı.Düzdür dəbdəbəli geyinməyi,Yunanıstandan gətirilmiş zərif parçalarla füsünkarlıq yaradılmasını sevirdim.Axı mən Jacobs Frankın qızı idim .Ona yaraşan xüsusiyyətlərim olmalı idi.At...

Olarlar və olmazlar

Activizim  ifadəsi əleyhinə Slackactivism ifadəsi yarandı.Bu isə internet əleyhinə yaranmış fikirdir.Slacktivistlər deyir,inqilab etmək istəyirsənsə çıx küçəyə,internet üzərindən inqilab etmək cəhdi boş xülyadır. Martın 27 -də atdığım twittdir.Yoxsa bu ifadəni yaddan çıxarmışdım . Müsbətdən başlamaq istədim.Yəni sosial media işimizi rahatladır,Əmma var ki bu eyni zamanda olarları və olmazları da yaradır necə?bax belə..... Yenə də lirik ricət edək.Bir yerdə oxumuşdum deyirdi zaman dəyişdikcə eyni hadisələrin inkişafı da başqalaşır,deformasiyaya uğrayır.Məsələn İnsanlar arasında ünsiyyət olub,sonra bunu texnikanın üzərinə köçürmüşük .Beləcə ünsiyyət yaratmaq üçün müxtəlif vasitələr yarandı əlimizdə.Bəs online liğın yaratdığı fırıldaqçılıq və fəsadlar nələr gəlin bir sistemə salmağa çalışaq. 1-Gördüyün yazını asanlıqla bir düyməyə basmaqla görünməz edə bilirsən.Yəni sənə nə mesaj sərf edir misali. 2-Online da olsan belə yenə aldatmaq rejimi səni offline kimi göstərir,gizlənərək ...

Balaca mənimi özlədim

Hava küləklidir.Bir az soyuqluqla yanaşı doğmalıqda duyulur havadan.Uzun müddət idi uşaqlığım barəsində düşünmürdüm ,amma havanın yaratdığı ovqat və pəncərədən uşaqları müşahidə etməyim,qeyri-iradi olaraq məni uşaqlığıma qaytardı. Dərhal öz uşaqlığım ilə müqayisə eləməyə başladım.Mən də olsam belə dəcəllik edərdim,mən də olsam belə doyunca qışqırardım,mən də olsam dostlarım mənimlə olmadıqlarına görə anama şikayətlənərdim.O da ay bala sən ki onlara bağlı deyilsən,həm də yoxdularsa gəl evə deyərdi. Mən isə skamyada günəşin qızmar şüaları altında oturub ,onların indicə həyətə düşəcəklərini mənimlə oynayacaqlarını düşünüb gözləyərdim.Bu gün onlar olmadıqlarına görə günüm də şən keçməzdi.Bu hadisə sonra gəncliyimə də öz təsirini göstərdi.Həyatımdan həmişə kimlərsə gedəndə acı məyusluq duydum,amma onların xəbərləri belə olmadı. Mən uşaq ikən o göydə uçan adını belə düz -əmməlli deyə bilmədiyim texnikaya baxıb qışqırardım.Sa-mal-yot,ver-tal-yot. Bu uşaqlar isə fərqlidilər.Onlar bu texni...

Musiqi

Musiqini və onun özü ilə gətirdiyi məyusluğu ,ovaqtı ,çılğınlığı sevirəm.Geridə qalan hər saniyələrdə əylənməyi,özümdən çıxmağı,musiqi ilə ağlamağı,gülümsəməyi də sevirəm. Mus mus deməkdənsə mustafa deyək .Bəzi melodiyalar tapmışam son bir-iki həftədir onlara qulaq asıram .Onları sosial şəbəkələrdə ayrı-ayrı vaxtlarda paylaşsam da blog da qruplaşdırmaq istədim.Odur ki ,bir az musiqi ilə yaşayaq,ovqatımız gah yüksəlsin gah da məyusluq bizimlə olsun. Başlayaq yüksək ovqatdan.Bütün notları darmadağın edək.))) MY DARLİNG James Blunt-carry you home  -bir az da hisslərimizə təsir etsin,düşünməyə məcbur etsin bizi musiqi passsenger -let her go  -doğmalarımız üçün darıxaq indi də The wanted-we own the night  -məyusluğun və darıxmağın ardından qəfildən əhvalımızı yüksəldək.Bax budur musiqinin gücü. Michael Jackson-you are my life  -keçən ərəfələrdə musiqi ilə yaşayan bu insanın ad günü idi.Şərhlərdə bizimkilərin müqayisə etmək damarları tutmuşdu.Anlayın başa düşün...

Dini əqidəm

İndiyənə qədər heç bir dini kitab oxumamışam ,amma bəzi dini kitablarla tanışlığım olub.Quranı açıb oxumaq istəsəm də başa düşə bilmədiyimdən və də başa düşə bilmədiyim nəsələr məni həvəsdən salır.Ona görə də oxumadım.Nədənsə vaxt itgisi hesab elədim.Facebook da yazdığım  yəni dini baxışın nədir sualına azad sözünü əlavə etmişəm.Səbəb heç bir dini cərəyandan ,onun müəyyən etdiyi qaydalarla yaşamaq istəmirəm.Bir tərədfən də məni özünü dərk etməsi üçün kifayət qədər dərrakə verməyibsə bu yenə də mənim günahım deyil. Ateist ,satanist,sadist və s kimi insanların cürbəcür ad qoyduqları cərəyanları da insanların başqalarından fərqlənmək istəyi kimi qəbul edirəm. Bəs mənim Allahım kimdir?hesab edirəm ki ,insanlar həmişə özlərindən güclü ,etibar edə biləcəyi kimi isə görmək istəyir.İçimdəki güclü varlıq yəqin bu Allahdır,Əl açıb dua edirəm .Ailəm üçün ,doğmalarım üçün ,özüm üçün .Səbrli ,dəyanətli olmaq üçün .özümdən güclü onu görürəm çünki.İndi deyə bilmərəm ki ,mən ateist,sadist,satan...

Qarı və qarımış qız sindromu

Oxuduğum bir çox əsərlərdə qoca qarı ,qarımış qız cütlüyünü görürdüm.Sonra bunu real həyatda axtarmağa başladım.Yazılanlar heç də uydurma deyildi bu dəfə! Ətrafımda kifayət qədər belə cütlüklərə rast gəlirdim.Maraqlı orasında idi ki,bu cütlüklər çox yaxşı yola gedirdilər.Birini digərindən ayırmaq çətin idi. Bəs nədir onlar arasında bu bağlılığı ,yaxınlığı ,yola getməyi yaradan səbəb?Düşünmüşəm bu haqda .Belə qənaətə gəlmişəm ki,ikisi də sınıqdılar.Birinin şəxsi həyatı alınmamış,digəri isə sakitcə yaxınlaşan ölümünü gözləyir.Bu idi onları yaxınlaşdıran. Düzdür ata -anaya kimsə baxmalıdır,amma bu evlənməmiş qız olmamalıdır məncə.Sonra həmin qızın həyatına baxdım.Bəlkə indi ailəsi ,uşaqları ola bilərdi.İndi ki kimi başqalarının uşaqlarına baxmır,anasının qayğısını çəkmir,qohumlar arasında ötürücü funksiyası yerinə yetirib arada qalmırdı. Qadın təkcə ona görə oğlan dünyaya gətirmir ki ,kişinin soyu artsın.Qocalanda baxanı olsun,yalnız tək-tənha ölməsinlər . Bu belə olmur .Geridə qarım...

Səfeh düşüncələr seriyasından)))

Lövhə qarşısındayam.Sarışın olmasa da saçlarının sarısı mən də qəzəb doğurur.Əlində taxta çubuq ele hey otağı firlanır.Mən isə lövhə qarşısındayam. Həmin qadın məndən lövhədə yazılmış məsələnin həllini gözləyir.Mən isə toplayır,çıxır,yenə toplayır,vurur,çıxsam da doğru cavaba gəlib çıxa bilmirdim. Yerdən uşaqlar isə gülürdülər."Bu ki çox sadədir.Sən bacarıqsızsan"deyirdilər. Əllərimin əsməsi tutduğum tabaşiri saxlamağa mane olurdu.Ele hey yerə salır,götürür ,yenidən vurur,bölür,kök altına salır,toplayıb ,çıxırdım. Əlimdəki tabaşırı də atıb qaçıb getmək istəyirdim. Həmin sarı saçlı qadın bu dəfə dözmədi ."Bu  bəsit məsələni də həll edə bilmirsən "Uşaqlara üzünü tutub gülməyə başladı. Mən isə elə hey toplayıb ,vurur ,çıxırdım.Həmin misal çox sadə idi,amma həmin qadının əlindəki çubuq ,uşaqların səfehcə gülümsəməsi mən də kompeks qarışıq kütləşmə yaradırdı. Hər dəfəsində düşünürdüm ki,indi nəyinsə üstünə nəsə gəlsəm və ya nədənsə nəyisə çıxsam hardasa yanlışlıq ...

Getdiyim yol

Dörd il bundan qabaq getdiyim yol.Hər gun ,hər ay,hər il həmin yoldan keçərkən bir az daha başqalaşırdım.Fikirlərim ,insanlara qarşı münasibətim dəyişirdi.Bu yolu getməmişdən qabaq insanlarda gözümə ağ və qara görünürdü .Yaxşılar və pislər.Sonra bu yoldan keçdikcə anladım ki ,insanlar daimi yaxşı ,daimi pis qala bilməzlər.Bütünlüklə yaxşı bütünlüklə pis insan yoxdur. Hər dəfə bu yoldan qayıdan da başa düşürdüm ki ,arxada qoyduqlarım ilə eyniləşmirəm .Mən dəyişilirdim.Arxada qoyduqlarım isə eyni idilər .Dəyişilməz və sabit.Həyatlarından da məmnun görünürdülər,amma o cəmiyyətə düşdükcə anlayırdım ki ,onlar ilə ortaq nöqtələrimiz yoxdur.Onlar danışdıqca mən sakit qulaq asırdım.Bilirdim ki mən danışmağa başlasam dediklərim onlara mənasız görünəcəkdi.Ona görə susur,arada başım ilə dediklərini təsdiqləyirdim.Bax beləcə bu getdiyim yol məni dəyişdi. Bu yola çıxmamışdan qabaq çox çəlimsiz ,sadəlövh idim diqqət çəkəcək yönlərim də yox idi.Bu illər ərzində isə dəyişdim.Özümə inamım artdı,əvvə...

Bu gün həmişəki kimi deyildi!

Bu gün başqa cür oyandım yuxudan,həmişəki kimi deyildi.Pəncərədən boylanan günəşə də ,onun otağımı işıqlandıran işığına da baxıb xoşbəxtlik duyurdum. Bu gün həmişə ki kimi deyildi.Bütün otağı xoş ,rahatlatıcı melodiya bürümüşdü.Bu gün yalnız da deyildim.İçimi bürüyən şirin bir təlaş vardı.İnana bilmirdim ki kiminsə sevgisi məni dəyişdirə bilər.Xoşbəxtlik duyurdum.Gecədən bəri davam edən və heç bitməsini istəmədiyim anlar idi. Bu gün həmişə ki kimi deyildi!İnsanların dediklərinə əsəbləşmir,özümü sakit və təmkinli aparırdım. Bu gün həmişə ki kimi deyildi.Dəyişmiş ,başqalaşmış,sevincim artmışdı.İnsanlar qədər əşyalar da gözümə başqa cür dəyirdi. Bu gün həmişə ki kimi deyildi!İnsanlarda xoşbəxt idi,sanki mənim sevincimlə onlarda sevinirdilər.Birinci dəfə idi bunu görürdüm. Küçələri dolaşdım.Divarlar da dəyişilmişdi,sanki iki gün bundan əvvəl gördüyüm kimi deyildilər.Hər tərəfdə xoş hissləri ifadə edən sözlər yazılmışdı.Ən əsası da onun adı. Bu gün həmişə ki kimi deyildi!Soyuq daşın ü...

AYın şahidliyi(c)

Küçə fənərləri sönüb .Həmişə ki kimi mənasız dayaq rolunu oynayırlar.Soyuq fevral aylarıdır.Deyəsən bu gün həm də onun ad günüdür axı.Ürəyində səssizcə düşünür.Tək də deyil bu gecə.Sevdiyi qadın artıq yanındakı qadındır.Bu gün bir az da sərxoşdur.Adət etdiyi hal deyil sadəcə içmişdi.Axı bu gün həm də ad günü idi.Otuz yaşı olurdu.Bir ,iki aydan sonra da ata olacaqdı. Küçə soyuq ,kimsəsiz ,qaranlıqdır.Bu iki nəfərin səsi söhbət əsasında əks-səda verir.Elə hiss edirsən ki izdihamın içındəsən.Bu illərdə iki ölkə arasında qarşıdurmanın qızışdığı günlərdir.Küçələr daha təhlükəlidir.Sumqayıt hadisələrinin üstündən də az müddət keçmişdi.Bu haqda radioda eşitmişdi.Üç-dörd erməninin qanı hesabına dünyada elə imic formalaşdırmaq istəyirdilər ki ,guya Azərbaycanlılar onlara əzab verir.Məhz Bakının küçələrin də də belə heç kimə lazım olmayan ,Azərbaycanlının əlində ölməklə özlərini əzabkeş xalq kimi qələmə vermək niyyətində olan quldurlarla dolu idi.Həmin gecə də onlarrın arxasıyca düşən də bu yö...

Məhvin üzərinə arzu

Pəncərədən səmaya baxıram.Qaranlıqdır .Hansısa ulduz sönəcək qədər parıldayır.Hardasa oxuduğum mövhimi inanc yadıma düşür.Onu da xatırlayıram ki,bu inancı beş il bundan qabaq da sınaqdan keçirtmişdim. Ulduz bərkdən yanır ,sonra söndü.İnsan həyatı da belədir.Həmin ulduzu da bir dəfə yanıb sonra sönən insana bənzədirəm.Birincidən nəsə gözləyə bilərsən,ikinci hal isə ümidsiz vəziyyətdir.Arzu tuturam tez. İndi səmaya baxıram ,amma səma sanki boşaldı,heç bir izdə qalmadı.Utanıram!Nəyinsə məhv olması üzərinə arzu tutmuşdum. Düşünürəm!...... Səma boşdur.Bomboş.Fikirlərimdən ayrılıram.Mail qutuma baxıram.Dostum hər şeyin yaxşı olduğunu yazır.Sevinirəm.Mənim necə olduğumu soruşur. Məhv olan nəyinsə üzərinə arzu tutdum bu gün. -Gülür.Məhv olan nə idi. -Ulduz. -Sən inanclara inanırsan? -Qətiyyən yox! -Arzunu soruşmazlar yoxsa bilmək istərdim. -Arzum bəsitdir. -Dürüstlük!

Kiber cəhənnəmin təsviri

"Nəyinsə ölçüsünü bilmirsənsə ,onu idarə etmək çətindir"deyib blogumuzu yazmağa başlayırıq.. Gmail mail qutuma baxıram-231 mesaj almışam .Hamısı da google alert,müəyyən izlədiyim blog qruplarından ,ha baxıram Facebookdan kiminsə ad gününün bu gün olduğunu xəbərdarlıq edir.Twitter -də isə kimsə məni follow etmək istəyir.Linkedin.com -dan xəbərdarlıq gəlir ki,ingilis ,rus ,ən əsası öz dilində yazmağı bacaran (bu aralar işəgötürənlər arasında yaman dəbə düşüb bu ifadə)) Azərbaycanın bütün ərazilərini qarış-qarış bilən kimsələri işə dəvət edir.Öz bacarıqlarımla müqayisə edirəm.Mən öz ölkəmin hər qarışına bələd deyiləm.Deməli hələki potensialım ilə istəklərim üst-üstə düşmür.Əl qərəz. Fb da kimsə mənə mesaj yazıb ,səhifəni açıram ,mesaj qutusuna baxıram.Türk arkadaşlarından biri nasısın deyə yazır.Kimsə də mənasız smile göndərib.F5 basıb səhifəni çevirirəm .Twitterə baxıram .Musiqini səsini artırıram.Rəqs etmək istəyirəm ,sonra fikrimdən daşınıram .Bloguma nəzər salıram .Adın...

Bir az daha əzilirəm

Gözümün qabağında yaşlanırrsan.Diqqət etməmişdim,amma bu gün sənə baxan da utandım.Bu dəfə fərqli dəydin gözümə.Əvvəlki kimi deyildin.Şən cazibədar,sevilən qadın. Şənliyin yerini kədər qarışıq mübarizlik,cazibədarlığın yerini solğun bəniz,sevilən qadın obrazında isə tənha qadın qalmışdı. Belində bükülmüşdü bu dəfə.Hamısı bizə görə idi.Mən çox utanırdım.Saçlarında bəyazlamışdı.Söz vermişdin ki elə belə də qalacaq.Vaxtından əvvəl qocalmışdın.Buna üzüldüm.Sən deyərdin həmişə həyat bəzilərinin qamətini dik saxlayır ,bəzilərini də bax elə mənim kimi belini bükür. Kaş əlimdən bir şey gəlsəydi.Həmin dövr gələn də də sən bir az daha yaşlanacaqsan,bir az daha bənizin solacaq,saçların ağaracaq.Mən isə əksinə daha cazibədar görünəcəm.Bütün bunlar isə səndən aldığım illərə görə olacaq.Iks nisbət yaranacaq.Mən sənin halına baxıb keçirdiyin illərə heyifslənəcəm. Mənə lənət olası beş-on il lazımdır,amma sən gözləmirsən axı QOCALIRSAN! Hər gün bir az daha Utanıram !

YERLƏR SƏHV DÜŞƏNDƏ

-Sən hardan çıxıb gəldin .İndi mən daha yaxşı yaşayırdım.Sakit və huzurlu həyatım var idi. -Elə düşünürsən? -Əlbəttə -Sən də məni istəyirdin ona görə mənimlə evləndin. -Ehh onda mən uşaq idim.Belə şeyləri nə bilirdim. ve .s ve ilaxır...... Bu adi kişi və qadın dialoqudur.Əbəs deyil bu dialoqu verməyim .Düşünürəm ki,nə edirsən et ,hara fırlanırsan fırlan yenə bəşəriyyət qadın-kişi münasibətləri üstündə dayanır.Yerlər səhv düşəndə isə bu iki əks cins arasında nəticədə sonrakı bütöv nəsil xəstəhal,cəsarətsiz,əzik böyüyürlər.Ona görə ki sonrakı həyatlarında da onlar da nələrdənsə gileylənəcək yerləri səhv düşəcək.Onlarda bu dəfə həmin qadın kimi  öz valideynlərindən şikayətlənəcəklər.Vay o hala ki,həmin övladlar öz yerlərini tapmasınıar bax bu əsl faciədir. Kiçik şeylərdən də böyük nəsələr meydana gəlir.Bütünlükdə isə qadın kişidən,kişi qadından ,arvad uşaqdan,uşaq atasından -yəni zəncirvarı şikayətlər halqası meydana gəlir.İndi başın olsun ki ,bu zəncirvari düyünü qıra biləsən....

"Gözə batmayanlar"

Bu kateqoriyalı insanlar bizdən daha mədənidilər.Söhbət zibildaşıyan,süpürgəçi,qulluqçu ,yükdaşıyan və s kimi işlərin sahiblərindən gedir.Mədənidilər çünki ən azından bilirlər nəyi hara necə qoymaq lazımdır.Əməksevər insanlar.Bəlkə onlar nəsə edəndə də qeyri-iradi edirlər ,onun maahiyyəti barədə də düşünmürlər,amma edirlər. Məsələn keçən dəfə belə bir hadisəni müşahidə etdim.İki nəfər zibildaşıyan zibil qutularını boşaltdılar,sonra nahar etmək fikrinə düşdülər.Gedib hardansa nəsə alıb yeməyə başladılar.Fikir verdim əlləri çirkli idi -hə nə olsun- amma onlardan biri yeməyə bükülmüş salfeti zibil qutusuna gedib atdı-Yerə yox ha -məhz zibil qutusuna.Əks tərəfdə isə bizlərin zibil mədəniyyətimiz də yoxkən hansısa əzbərlədiyimiz etik kodeksin müddəlarını pozmaqda bir-birimizi ittiham edirik.Hər şey adidən elə bu mədəniyyətdən başlayır məncə.Sonra isə qlobal düşünmək olar. Qayıdaq süpürgəçilərə həmişə səhər evdən çıxanda onları üzləri bağlı halda hansısa küçələri süpürdüklərini görürə...

İzlənirik!!!

Online həyatın içindəyik, deyə bilərəm ki ikili həyat yaşayırıq hardasa.Bizləri tanımayan biriləri də onlarda elə təəssurat yaranır ki ,bizləri tanıyır.Səbəb-biz öz gündəlik həyatımızı kiber dünyaya daşımışıq.Üzüntülü halımızı da,sevincimizi də  FB dostları ilə bölüşmək də maraqlıyıq.Bilmirəm buna səbəb nədir.Bəlkə də normal ünsiyyət aclığı çəkən insanlar belə edirlər.Onda belə qənaətə gələk ki,insanlar arasında  face-to-face(üzbəüz)ünsiyyət çoxdan sonlanıb.Ona görədir ki,insanların bir qismindən soruşanda ki,onların mütəmadi ünsiyyətdə olduqları insanlar varmı,və ya buna maraqlıdırlarmı?cavab sadə olur.Heç kim mənə dəyməsin mən yalnızlığı sevirəm.Nəhayətində bu yalnızlığı da FB dostları ilə bölüşür.Təsadüfdən bu gün belə bir məqalə oxudum.Sən demə FB komandasının özü tərəfindən də izlənirik.Onlar istifadəçilərin sevdikləri 20 mahnını onların ruhi vəziyyətlərinə uyğun qruplaşdırıblar.Onlardan 10 -na insanlar münasibətləri bitəndə,üzgün vəziyyətlərdə qulaq asırlar həmin ifalar...

İnsanların zəif nöqtələrindən faydalanmaq

Getdiyim yerlərdə şablona çevrilmiş sual Hansı siyasi partiyanın üzvüsən? Mənim cavabım isə istehzalı gülüşün ardından-Heç bir cərəyana qulluq etmirəm olur. Bunun şahidi olmuşam ki,gənclərimizin bir qismindən əməlli-başlı istifadə olunur.Bəzilərinin dini,bəzilərinin isə siyasi zəif nöqtələrindən .Həmin "insanlar"da məhz bundan faydalanırlar.Müşahidə eləmişəm ki ,bir az azadlığı olan,ağına bozuna baxmadan nəsə demək istəyən təşkilatlar,televiziyalar bir qrup xarici təşkilatlar tərəfindən maliyyələşir.Başa düşüldüyü kimi həmin gənclərdə böyük oyunların kiçik istifadəçilərinə çevrilirlər özləri də belə bilmədən. Meydanlarda ,mitinqlərdə ağız dolusu azadlıq deyən gənclik özün belə azad deyilkən ,umumiyyətlə sözün mahiyyətinə belə varmadan bu tələbi irəli sürmək çox səfehcə. OYAN  bir bax -sənin əqidən ,əxlaqın günü-gündən daha da cılızlaşır.Azadlıq deyə qışqırarkən və ya böyük oyunların zərrəciyi olduqca.Bir də görəcəksən hər şeyin əlindən alınıb geriyə qoyduğun isə...

Uğur üçbucağı

Sən qəribə qız idin  və düzü mən səni anlamırdım.Ətrafındakı dostların ,elə mənim özüm ilə də yaxşı dolanmırdın.)))Mən çalışırdım ki,sənin marağını qazanım və buna nail oldum,çünki ortaq nöqtəmizi tapmışdım. Bunu mənə müəlliməm deyirdi.Bu sözləri hətta o vaxt dedi ki,mən universiteti də qazanmışdım. Beləcə başladıq oxuduğumuz kitablardakı qəhrəmanları saf-çürük eləməyə .Eynşteyn öz dostu Bor haqqında dediyi kimi o həm məni başa düşürdü həm də mənim başa düşdüklərimi.Darıxdım((( Bəzən oxuduğum kitab haqqında ona danışanda o məni səbrlə dinləyərdi,qulaq asardı.Mən də elə başa düşürdüm ki,o heç vaxt həmin kitabı oxumuyub.Danışdıqca danışırdım filan qəhrəman belə gəldi.Don Kixot belə sarsıldı,Roqojin sevgilisini belə öldürdü,həmin obrazlardan bu gun kimisə real insanlardan birinə oxşatdım. Axırda üstündən bir həftə keçirdi və məlum olurdu ki,o bir əsəri dörd dəfə oxuyub.Bir az pərt olaraq gülürdüm... Sözüm ondadır ki,o bilirdi dese idi mən də o kitabı oxumuşam.Sənindediklərini ham...

İnsan(gəzən qum dənəcikləri)

-Hanı mənim şəkillərim ? -Gəl gedək göstərim? -Əlimi bərk sıxma çox əzab çəkirəm ! -Dözümlü ol və gəl! -Bax demişdim mənim şəkillərim yoxdur burda ...O yaşlı qadını görürsən ? -Hə görürəm -Kiməsə oxşayır elə deyil -Onun əlindəkilərə baxsana ... -Bu ki sənin şəkillərindir -Hə elədi .Görürsən o onları -mənim şəkillərimi parçalayıb atır.Həm də bütün bunları edəndə də gülür. -Hə gördüm -mən indi onun dərsini verərəm .Sənin şəkillərin burda olmamalıdır.Sənin şəkillərinin yeri buradır bax bura. -Mən qorxuram ....qorxuram...qorxuram.... Zəng səsinə ayıldım amma hələ də həmin bərk ,qüvvətli əli çiyinlərim də hiss edirdim.Elə bil məni bir az da əzirdi.Bu əl həm də güclüsən deyirdi. Telefondakı qadın nəsə deyirdi-ELE hey nə barəsindəsə iti -iti danışırdı.Dəstəyi asdım .... Bütün o yuxuda baş verənlər haqqında düşünməyə başladım.Həmin insanı da tanıyırdım doğmalarımdan biri idi.Həmişə nəsə barədə fikir edəndə,narahatçılıq keçirəndə onu görürdüm .Bu dəfə sanki öz ünvanı...

Rənglərlə davam edən həyat

Bəzi insanlar var ki,rahat ,səliqəli həyat arzulasa da ya bu onlara qismət olmur,ya da bunu uzaqdan arzulayırlar,özlərinin olmasını istəmirlər elə buna görə də həyatları dağınıq ,Ora bura sürüklənərək keçir.Heç vaxt da stabil həyat tapa bilmirlər .Başqalarında görəndə isə paxıllıq edirlər hardasa,amma bir az nifrət edirlər bu yeksənəq həyata .Öz indiki həyatları ilə müqayisə edirlər.Bəzən də özlərinə haqq qazandırırlar beləcə.Fikirləşin saat da belə dəqiq olmaq müəyyən vaxtda işə getmək sonra qayıtmaq ,Evləri sahmana salmaq,yemək ,içmək yatmaq.Darıxdırıcı həyat!Bəs hanı azadlıq !Həmişə ondan danışdığımız .Gənclikdə nələr xəyal edirik amma sonrasında isə həyatımız fırlanan çarxa bənzəyir.Nə qədər hərəkət etsə də öz oxundan çıxa bilmir.Belə bir klipin keçən dəfə izlədim.Sözlərində deyir ki,biz hər gün yatırıq ,dururuq,vergi ödəyirik,Tv izləyirik sonra deyirik ki "Biz Azadıq" İ AM FREE Bəzi insanlar isə azadlığı rənglərdə tapır.Rənglərin ahəngindən müxtəlif gözəlliklər yar...

YALNIZ DƏLİLƏR ÜÇÜN

Həyat nəyə bənzəyir bilirsən ? Nəyə? Radio dalğaları arasında qalan vakuuma Bu sözləri ünsiyyətdə olduğum şəxsi həyatı alınmayan biri deyirdi.Qəhərlənməklə yanaşı əsəbləşmişdim həmin insana .Hər şey insanın öz əlindədir.Müəyyən çıxış yolu mütləq vardır deyə  onu inandırmağa çalışırdım .Bir az mənə etibar etsə də ,digər yandan öz -özlüyündə də qaldı .Beləcə insanlara xəsarət verməmək üçün hər kəsdən uzaqlaşdı.Anlamadım başa düşmədim mən səni...... Dünən təsadüf nəticəsində belə bir sözü gördüm .İnsanların oxuyaraq  intihar etdikləri kitab .Bu məni cəlb etdi .Axı orda yazılanlar nədən ibarət ola bilər di ki, insan bəşəriyyətin əlində deyil də ,öz əlində ölməyi düşünsün . Sonsuz maraqla oxudum .Bu gün yekunlaşdırdım kitabı.Düzü nədən danışacağımı ,nə deyəcəyimi də bilmirəm .Sözlərim kifayətsizdir .onu anladım ki ,İnsan əgər yaşayırsa yumor ,gülmək hissini öyrənməlidir.Yoxsa həyat həqiqətən sənə ayrılmış cüzi bir hissədən ibarət olacaq.O isə həyat genişdir ,hüdüdsuzdur ,sərh...