Skip to main content

Posts

Showing posts from October, 2022

“Herschel Walker” keysi: Və vurdu qol oldu!

ABŞ-ın Georgia ştatında qubernator postuna namizəd olan Herschel Walker, keçmiş futbolçudur, biznesmendir, hazırda isə siyasət aləminə atılmaq niyyətindədir. Bu dəfə Herschel Walker keysi haqqında yazmaq istəyirəm. Herschel Walker, eyni zamanda Donald Trump-ı özünün mentoru kimi görür, o, ABC News-da amerikan jurnalist-aparıcı Linsey Davis ilə müsahibəsində deyib ki, “Trump mənə ata olub, mənə yol göstərib, mentorum olub, mən siyasət müstəvisində onunla dostluq etməmişəm”. Bunu isə ona görə deyirdi ki, sabiq prezidentə görə, onun keçmişdəki etdiklərinə görə ittiham edirlər. Belə ki, bu il ABŞ-ın Ali Məhkəməsi “ Roe v. Wade” qanununa dəyişiklik edib, dəyişiklik isə qadınların bəzi hallar istisna olmaqla, abort etdirməsinə qarşıdır və bir çox ştatlarda qanun qüvvədədir. Herschel Walker isə kampaniyası çərçivəsində dəyişikliyin lehinə olduğunu bildirmişdi, ancaq daha sonra isə onu bir neçə onillik əvvəl sevgilisinə pul verib abort etdirməsinə məcbur etdiyi ilə bağlı ittihamlar ilə üz-üzə...