Skip to main content

YERLƏR SƏHV DÜŞƏNDƏ

-Sən hardan çıxıb gəldin .İndi mən daha yaxşı yaşayırdım.Sakit və huzurlu həyatım var idi.
-Elə düşünürsən?
-Əlbəttə
-Sən də məni istəyirdin ona görə mənimlə evləndin.
-Ehh onda mən uşaq idim.Belə şeyləri nə bilirdim.
ve .s ve ilaxır......
Bu adi kişi və qadın dialoqudur.Əbəs deyil bu dialoqu verməyim .Düşünürəm ki,nə edirsən et ,hara fırlanırsan fırlan yenə bəşəriyyət qadın-kişi münasibətləri üstündə dayanır.Yerlər səhv düşəndə isə bu iki əks cins arasında nəticədə sonrakı bütöv nəsil xəstəhal,cəsarətsiz,əzik böyüyürlər.Ona görə ki sonrakı həyatlarında da onlar da nələrdənsə gileylənəcək yerləri səhv düşəcək.Onlarda bu dəfə həmin qadın kimi  öz valideynlərindən şikayətlənəcəklər.Vay o hala ki,həmin övladlar öz yerlərini tapmasınıar bax bu əsl faciədir.
Kiçik şeylərdən də böyük nəsələr meydana gəlir.Bütünlükdə isə qadın kişidən,kişi qadından ,arvad uşaqdan,uşaq atasından -yəni zəncirvarı şikayətlər halqası meydana gəlir.İndi başın olsun ki ,bu zəncirvari düyünü qıra biləsən.Nəticədə bütöv cəmiiyət elə hey deyinir.Balacadan ,böyükdən hər kəsdən ərizə yazmağa hazır olur.
İndi papağını (əgər varsa)))qoy qabağına düşün ,təsbeh çevir,ağsaqqal görünüşü al.(təkcə bizim Cəm-niyyət (cəm -niyyət yəni cəmin niyyəti)dədir ki ,ağsaqqal ,müdrik olmaq üçün saqqalın olmalıdır))düşündükcə düşün .Həmin halqaları qurarkən hansı halqa yerinə düşməyib.Otur sök həmin halqanı ,götür qoy elə,yığ təzədən ,yenə sök amma nəticə eynidir.Nə qədər çalışırsan çalış.
Bir qadın bir kişinin  səhvi sonrakı övlad ,nəvə ,nəticə səhvdüşmələri ilə yekunlaşır.Bax yerlər səhv düşəndə demişdim faciələr yaranır.Bu dəfə doğulan övladlar özlərini bilər bilməz baş götürüb qaçmaq istəyir həmin ailədən.QAÇIR DA!Onun qurduğu kiçik cəmiyyət də elə ata-anasının cəmiyyətinə bənzəyir.Orda da qadın gileylənir."MƏNİM YERİM SƏHV DÜŞÜB DEYƏ"OFF gəl indi bunu həll et.
Deyəcəyim odur ki ,həlqələrin yerində olması üçün gərək ani ehtirasa qapılmayıb düşünmək lazımdır.Mən kiməm və mənə nə lazımdır.
Düşünün ona görə ki gələcək nəsil yazıqdır!Xəstəhal ,cəsarətsiz,əzik böyüməsinlər.
Əgər nəsə alınmasa da qoyun zəncir qırılsın .Hər kəsin hüzurlu ,mehriban ,sevgi ilə yaşamağa haqqı var.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...