Öləcəyinə saniyələr
qalmış insan nəyə bənzəyir,həmin an nə düşünür.?
Qapı
arasındakı boşluqdan dayanıb baxırdım.Elə bil otaqları ayıran bu arakəsmə ,onun
hər nəfəs alışında aramızda yaranan uçuruma çevrilirdi.Hər nəfəs almaqda ölümə
bir az daha yaxınlaşmağa bərabər idi.O isə elə heyy nəfəs alırdı.Aramızda bu
uçurum olmasaydı,əgər o qapının arakəsməsində donub qalmasaydım,gələr səni nəfəs
almamağa təhrik edərdim.Nəfəs almaq insanı yaşadır ,amma bu ölümə yaxınlaşdıran
nəfəs idi və sən nəfəs alırdın.
Səni yola salanda da həmin nəfəs aldığın
kimi ölümə də mənzilinə də tələsirdin.Bu
dəfə ki mənzilini görmək istəyirdin.Həmin mənzilin yeni sahibi olacaqdın bax
ona görə tələsirdin.Heç getdiyini görmək şansım da olmadı,çünki həmişə gəldiyini
izlədim,bu dəfə getdiyini özüdə həmişəlik yeni mənzilinin sahibi olacağını
düşünmək,eyni zamanda həmin mənzildə qonaq olmaq haqqının olmaması uçuruma
yuvarlanmaq demək idi.
Nəfəs alarkən bizi ayıran arakəsmədən izlədim
səni,ölümlə də mübarizə aparırdın,həm də başa düşürdün ki əbəsdir hər şey!
AMMA ,amma durmalı idin,dayanmalı idin,gözləməli
idin.
Verdiyim sözlər vardı.
"Fərsiz qızsan,əlindən bir şey gəlmir."
Mən də "bir gün sənə dadlı yeməklər
bişirəcəm ,çay süfrələri açacam"deyirdim.Sən də hər dəfəsində gülürdün ...
"Görək də" deyirdin.
Bax elə indicə əlimdə çay başının üstündə
dayanmışam .
Bəsdir!
Sən nəfəs alırsan!
"Əlimdəki çaydır al iç "
Tutmağı da bacarmıram bax fərsizəm!haqlısan!
Sən isə baxırsan!
İndi heç hərəkətdə etmirsən!Otağın gur
işiğı isə simanın bütün cizgilərini göstərir.Gözlərin uzaq nöqtəyə baxır.
Otaqda tək olmadığımı anlayıram.Bu dəfə mən
mən omaq istəmirəm.Ciddi məni kənara atmaq içimdəkiləri demək istəyirəm.Heç
vaxt heç kəsə demədiyim iki hecalı sözü
GETMƏ!!!
Səs eşidirəm!
"ÖLDÜ"
Comments
Post a Comment