Cek Lendonun qısa bir hekayəsi var. Bu hekayə “Həyat eşqi” adlanır. Həmin hekayədə qəhrəman çıxılmaz vəziyyətdədir, ölüm onu hər an haqlaya bilər. Qarşısına xəstə, qana susamış canavar çıxır. Düşünür və deyir: Ölə bilərsən, amma bu ölüm daha şərəfli olmalıdır (xəstə canavarın əlində ölüm istisna olmalıdır). İndi vəziyyət o yerə çatıb ki, bizlər doğmalarımızın başına hər an nəsə gələcək deyə qorxuruq. Məsələn bu gün gördüyün biri haqqında sabah eşidə bilərsən ki, həmin insan həyatda yoxdur. Təəssüf hissi ilə ölüm səbəbini soruşarsan. Ölüm halında belə gülməli vəziyyət yaranacaq. Avtomobil qəzasında ölüb, intihar edib, xərçəng idi, filan küçənin tinində öldürdülər, əsgərlikdə vurulan atəşdən dünyasını dəyişdi,dənizdə boğuldu və s . Düşünürsən, nə qədər bəsit və adi ölümlərdir. Əvvəllər insanlardan soruşurdular ki, hansı ölüm hallarından qorxursan? Onların cavabları isə ən gözlənilməz ölüm halları idi. İndi səbəblər də bəsitləşib. P.S Odur ki, itirmək qorxusu ...