10 ildən sonra-Fikirləşəndə ritorik sual qarşısında qaldığım düşüncədir.10 ildən sonra. İndi 10 ildən əvvəlki zamanı düşünə bilmərəm,çünki 10 ildən sonra bəlkə də daha cazibədar göründüyümü düşündüyümdən indiki haldakı fikrim mənə dar,məhdud görünür.Amma gələcəyin esgizini verə bilərəm və də keçmişdən nələr əldə etmişəm deyə arxaya baxaram.Nələr əldə etmişəm : Bü gün 31 may 2013.Tarixlərdə dəyişilib. 31 may 2023 .Tarixlər dəyişə-dəyişə deyəsən keçmişdə unudulub. Amma hardasa hər şeyə positiv yanaşan insanlar yaddaşımda qalıb. İsveçdəyəm. Ölkədən gedəndə bir gün qayıdacağımı demişdim ,qayitdım da.Amma bu müddət ərzində KİV sistemində də irəliləyişlər olmuşdu.Mən dəyişildikcə onlar da sabit qalmamış dəyişilmişdi.Düşündüklərimi realizə etmək üçün getmişdim.İndi isə qayıdıram geriyə.Ölkəmdə hər şeyin mükəmməl olduğunu bildiyim üçün. Note-Yazıya heç bir dəyişiklik etmədən verdim.İlk 10 dəqiqə ərzində 10 ildən sonrakı həyatımı düşünmək çətin gəldi.10 ildən sonra bəlkədə istədiyim...