
Musiqini və onun özü ilə gətirdiyi məyusluğu ,ovaqtı ,çılğınlığı sevirəm.Geridə qalan hər saniyələrdə əylənməyi,özümdən çıxmağı,musiqi ilə ağlamağı,gülümsəməyi də sevirəm.
Mus mus deməkdənsə mustafa deyək .Bəzi melodiyalar tapmışam son bir-iki həftədir onlara qulaq asıram .Onları sosial şəbəkələrdə ayrı-ayrı vaxtlarda paylaşsam da blog da qruplaşdırmaq istədim.Odur ki ,bir az musiqi ilə yaşayaq,ovqatımız gah yüksəlsin gah da məyusluq bizimlə olsun.
Başlayaq yüksək ovqatdan.Bütün notları darmadağın edək.)))
MY DARLİNG
James Blunt-carry you home -bir az da hisslərimizə təsir etsin,düşünməyə məcbur etsin bizi musiqi
passsenger -let her go -doğmalarımız üçün darıxaq indi də
The wanted-we own the night -məyusluğun və darıxmağın ardından qəfildən əhvalımızı yüksəldək.Bax budur musiqinin gücü.
Michael Jackson-you are my life -keçən ərəfələrdə musiqi ilə yaşayan bu insanın ad günü idi.Şərhlərdə bizimkilərin müqayisə etmək damarları tutmuşdu.Anlayın başa düşün musiqi ilə yaşayan insanlar ölmürlər.Yeganə insandır ki,sivilizasiyadan uzaq Afrikaya da getsən onu tanıyacaqlar.Hər kəsin tarixdə bir yeri ,bir özəlliyi var.Odur ki susaq.
Loving you musiqinin gücü ilə sevməyə çalışaq.


Comments
Post a Comment