Qismət
Bu sözü nəyinsə alınmayacağına şübhəmiz olduğu zaman işlədirik məncə.Əslində heç də ümidverici bir ifadə deyil.Qismət demək əvəzinə OLACAQ deyə bilərik.
Düzdür indi deyəcəksi "Saniyənin də hökmü var,bilə-bilmərik ki, növbəti saniyələrdə bizi hansı bədbəxtliklər gözləyir.Ona görə qismət deyib üstündən ötürük.
Qismətə inanmıram . Qismət anlayışı mənim əlimdədir.Belə düşünək bu gün qarşıma biri çıxır ,nəyinsə müsbət olacaöına məni inandırır.Seçim etmək imkanım varsa, o işin üstünə gedib-getməməkdə məndən asılıdır.Yox da deyə bilərəm halbuki.
Bu gün təsadüflər nəticəsində Fatalistlər haqqında eşitdim.Yəhudi əsilli Amerikan yazıçısı İsaak Zingerin eyni adlı hekayəsi var.O deyir ki," Fatalistlər o insanlardır ki, onlar xırda bir hadisənin səbəbinin də neçə min il bundan əvvəl proqnozlaşdırıldığına inanırlar.Tale ,qismət, alın yazısı anlayışları kimi.
Fatalist deyəndə fikirləşdim ki ,onlar daha geniş düşünürlər.Məsələn həmişə inanmışam ki , qarşımda yol var ,onu necə getməyim məndən asılı olan bir vəziyyətdir.Düşündüm fatalistlər deyəcək ,Ölüm istisna olmaqla ,xırda nəsələr əhəmiyyətsizdir.Yəni sabah ölə bilərəm,bu qismət nə bilim insanların adlandırdıqları kimi alın yazısı ,tale ola bilərdi,Əmma yaşasaydım ölümə gedən yolu özüm seçəcəkdim.Yaxşı və ya pis.
Odur ki qismətə inanmıram.Sadəcə OLACAQ deyək bəlkə.
Belə daha dürüst səslənir.
Dedim ki ,biləsiz qismət sözünü yanımda işlətməyin!
Nəsə gedim yatım gecəniz xeyrə

Comments
Post a Comment