Skip to main content

Posts

Showing posts with the label Şablonlar

Vaxt kompleksi

Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır deyirlər.Bu bütün kateqoriyalı insana məxsusdur.Fərq etmir kişi və ya qadın .Bir növ atalarımızın inancı deyək buna. Məni həmişə  düşündürən odur ki ,məsələn mən yaşadığım ərazi balaca yerdir.Hər kəs bir -birini tanıyır və Allah eləməmiş bir tanıdıqları bir qadın evə gec saatlarında gəlsin.Elə uydurmalar qoşacaqlar ki sən görmədiyin şeyə belə inanacaqsan.Demişəm bizim cəmiyyət gözü ilə gördüyünə deyil də qulağı ilə eşitdiyinə inanır.Bu formalaşıb artıq həmin şablonu qırmaq dağıtmaq insandan məharət istəyir Onda belə çıxır ki, bəzi ağızbüzmələrə görə sən irəliləyə bilməyəcəksən.Bəlkə sənin işin elə gec saatlarına düşür.Oğlan tanışlarımdan biri deyirdi ki,mən əgər müəyyən təhlükəsiz ərazidə   yaşasaydım bəlkə də heç nəyi dərd eləməzdim. Deməli birinin düşüncəsinə də ətrafdakılar təsir edir qınamıram. Nəyə görə məhz gecə ,deyəsən gecə bütün eyibləri örtür deyə həmin "qeyrətli" vətəndaşlarımız qara düşüncələrər dalırlar. Məsələn keç...