Bu kateqoriyalı insanlar bizdən daha mədənidilər.Söhbət zibildaşıyan,süpürgəçi,qulluqçu ,yükdaşıyan və s kimi işlərin sahiblərindən gedir.Mədənidilər çünki ən azından bilirlər nəyi hara necə qoymaq lazımdır.Əməksevər insanlar.Bəlkə onlar nəsə edəndə də qeyri-iradi edirlər ,onun maahiyyəti barədə də düşünmürlər,amma edirlər.
Məsələn keçən dəfə belə bir hadisəni müşahidə etdim.İki nəfər zibildaşıyan zibil qutularını boşaltdılar,sonra nahar etmək fikrinə düşdülər.Gedib hardansa nəsə alıb yeməyə başladılar.Fikir verdim əlləri çirkli idi -hə nə olsun- amma onlardan biri yeməyə bükülmüş salfeti zibil qutusuna gedib atdı-Yerə yox ha -məhz zibil qutusuna.Əks tərəfdə isə bizlərin zibil mədəniyyətimiz də yoxkən hansısa əzbərlədiyimiz etik kodeksin müddəlarını pozmaqda bir-birimizi ittiham edirik.Hər şey adidən elə bu mədəniyyətdən başlayır məncə.Sonra isə qlobal düşünmək olar.
Qayıdaq süpürgəçilərə həmişə səhər evdən çıxanda onları üzləri bağlı halda hansısa küçələri süpürdüklərini görürəm.Üzlərini bağlayırlar çünki cəmiyyət "gözə batmayan "insanları sevmir,istəmirlər ki onları tanısınlar.Hər səhər də eyni hadisə təkrarlanır.Tozun,zibillik içində qoyduğum küçələri səhər bir az daha təmiz halda görüb keçirəm.Bu insanlar kimlərdən ibarətdir?bizə maraqlı deyil!Təki küçələrimizi təmiz görək !vəssalam.Özləri qədər əməkləri də bizlərə lazımlı deyil.
Qonşuluğumuzda belə bir qadın yaşayır.Hər səhər onun səsinə ayılmaq olar,çünki atılmış plastiklərdən ,zibillərdən bezib.Qışqırır,azərbyacansayağı söyüşlər söyür. Bəlkə insanlar bir az bu anlayışın fərqinə vardılar.Nəticədə eyni seans təkrar olunur.O hər gün deyinir ,onlar isə bir az daha laqeydləşirlər.Çünki gözə batmayan insanların sözləri keçməz!

.jpg)
Comments
Post a Comment