Getdiyim yerlərdə şablona çevrilmiş sual Hansı siyasi partiyanın üzvüsən? Mənim cavabım isə istehzalı gülüşün ardından-Heç bir cərəyana qulluq etmirəm olur. Bunun şahidi olmuşam ki,gənclərimizin bir qismindən əməlli-başlı istifadə olunur.Bəzilərinin dini,bəzilərinin isə siyasi zəif nöqtələrindən .Həmin "insanlar"da məhz bundan faydalanırlar.Müşahidə eləmişəm ki ,bir az azadlığı olan,ağına bozuna baxmadan nəsə demək istəyən təşkilatlar,televiziyalar bir qrup xarici təşkilatlar tərəfindən maliyyələşir.Başa düşüldüyü kimi həmin gənclərdə böyük oyunların kiçik istifadəçilərinə çevrilirlər özləri də belə bilmədən. Meydanlarda ,mitinqlərdə ağız dolusu azadlıq deyən gənclik özün belə azad deyilkən ,umumiyyətlə sözün mahiyyətinə belə varmadan bu tələbi irəli sürmək çox səfehcə. OYAN bir bax -sənin əqidən ,əxlaqın günü-gündən daha da cılızlaşır.Azadlıq deyə qışqırarkən və ya böyük oyunların zərrəciyi olduqca.Bir də görəcəksən hər şeyin əlindən alınıb geriyə qoyduğun isə...