-Səssiz ortamda qalanda qulaq asmaq daha asandır, nəinki biri danışan zaman qulaq asmaq; - Əgər biri sizə səssiz qulaq asırsa, bu o demək deyil ki, fikirləriniz ilə razıdır; - Bəziləri düşünür ki, danışan zaman səs tonumu qaldırmaqla müzakirəyə dominatlıq edə bilərəm; - İnsanlar ona görə bir-birilərinə qulaq asmaqdan çəkinirlər ki, çünki qorxurlar ki, qarşıdakı tərəfin fikirləri ilə razılaşmış kimi görünərlər. - İşçi danışıb, menecer qulaq asan zaman menecer çalışır ki, tez müdaxilə etsin, çünki müzakirənin işçinin xeyrinə getməyini istəmir; menecer səssiz qalanda isə işçi düşünür ki, onun dedikləri ilə razılaşmayacaq. - Çox zaman bizimlə həmfikir olan dostlarımız, ailəmiz ilə ünsiyyətdə olmaq çox rahatdır. Çünki onlar istənilən anda bizi dəstəkləyəcəklər və qulaq asacaqlar. Bu həyatda həmfikir olmadığımız insanlarla da ünsiyyətdə olmağı öyrənməliyik. Çünki bu dünya təkcə dostlarımızdan ibarət deyil.