Kiminsə yerinə,və yaxud hansısa bəşəri məqsədlər üçün özünü qurban verə bilərsənmi? Məncə hamıda o ürək yoxdur.Elə 13-cü stulda oturan adam kimi. Sevmək deməkdə elə buna bənzəyir,Sevirsən amma heç bir fədakarlıq eləmirsən.Zaman keçəndən sonra isə heç yadına da düşmür.Məzarının olduğu yeri belə unudursan. Məgər tanrı insanı yaradanda ona müqəddəs hisslər verməmişdi.Yoxsa özümüz dəyişildik,başqalaşdıq bizə düz yol göstərən amma özü çəp yollardan istifadə edən iblisəmi uyduq? Tanrı insanı belə bəsit yaratmamışdı.Yalnız özünü düşünən xudpəsənd insan.! Bəlkə məndə belə deyiləmdir.Heç sevə də bilmərəm,kiminsə uğrunda özümü qurban da vermərəm.Mən də hardasa iblisəm! Bu gedən haqqında xoş sözlər deməyə bənzəyir.Bəşəri də deyiləm .Gündəlik qayğılarımla yerimdəcə sayıram..Əslində insan bu qədər bəsit deyildir. Henrix İbsen yazır ki,insan özünü aldadır nələrləsə və bu da insanı gələcək üçün yaşadır.Yoxsa həmin insan çoxdan məhv olmuşdu.13 -cü sırada oturan insan kimi.Əslində özü ...