Skip to main content

Posts

Showing posts with the label Robespyer

Kirlikir və Robespyer

Ona bu adı kim qoymuşdu?Əlini atıb dağınıq saçlarında gəzdirdi,hər nə qədər elədisə keçmişindən bir şey xatırlaya bilmədi.Özünün verdiyi bu sualda digərləri kimi cavabsız qaldı,lap ritorik suala oxşadı. Qəhqəhə çəkib güldü,kəsif qoxusu verən ağzı açıldı,siqaretdən saralmış dişləri göründü.Birdən hamının ona diqqət kəsildiyini düşündü,nədənsə özü-özündən qorxdu gizlənmək üçün yer axtardı. Səslimi düşünmüşdü -yox,müzakirə elədiyi məsələləri səssiz şəkildə daxilində götür-qoy etmişdi. Qorxa-qorxa daldalandığı yerdən çıxdı,tini burulmuşdu ki,əlində dəyənək olan bir qrup insanın ona sarı gəldiyini gördü. Hamının hədəfi,hər kəsin Kirlikir adlandırdığı bu məxluqu öldürmək idi. Sanki bunu edəndən sonra rahatlıq tapacaqdılar. Bu dəfə səhvə yol vermişdi,gizləndiyi yeraltı dünyadan çıxmış,işıqlı dünyadakı insanların aqibətinə baxmaq istəmişdi.Bu da onun həyatı bahasına başa gələ bilərdi. Yeraltı dünyada yaşasada ,işiqlı dünyadakı insanların çoxdan imtina etdiyi kitablara sahib idi. Və həmin kitab...