Skip to main content

YALNIZ DƏLİLƏR ÜÇÜN


Həyat nəyə bənzəyir bilirsən ?
Nəyə?
Radio dalğaları arasında qalan vakuuma
Bu sözləri ünsiyyətdə olduğum şəxsi həyatı alınmayan biri deyirdi.Qəhərlənməklə yanaşı əsəbləşmişdim həmin insana .Hər şey insanın öz əlindədir.Müəyyən çıxış yolu mütləq vardır deyə  onu inandırmağa çalışırdım .Bir az mənə etibar etsə də ,digər yandan öz -özlüyündə də qaldı .Beləcə insanlara xəsarət verməmək üçün hər kəsdən uzaqlaşdı.Anlamadım başa düşmədim mən səni......
Dünən təsadüf nəticəsində belə bir sözü gördüm .İnsanların oxuyaraq  intihar etdikləri kitab .Bu məni cəlb etdi .Axı orda yazılanlar nədən ibarət ola bilər di ki, insan bəşəriyyətin əlində deyil də ,öz əlində ölməyi düşünsün .
Sonsuz maraqla oxudum .Bu gün yekunlaşdırdım kitabı.Düzü nədən danışacağımı ,nə deyəcəyimi də bilmirəm .Sözlərim kifayətsizdir .onu anladım ki ,İnsan əgər yaşayırsa yumor ,gülmək hissini öyrənməlidir.Yoxsa həyat həqiqətən sənə ayrılmış cüzi bir hissədən ibarət olacaq.O isə həyat genişdir ,hüdüdsuzdur ,sərhədsizdir.Bəlkə sən ona yumorla yanaşsan hər şey yaxşı olacaq sınamaq lazımdır.Hər dəfəsində əzab çəkmək ,Ətrafda baş verən insan qarmaqarışıqlığından uzaq düşmək axı kimə lazımdır.Bəlkə radionu yenə işə salaq .Bəlkə onun boşluqda qalmayan ,şən tərəflərini görə bildik.Əsərdə canlandırılmış Motsart demişkən :"radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə gülməyi
öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur"Cənab Harri
Onu anladım ki,hər bir insanın içində bir vandalizm gizlənir onu dağıtmaq ,yıxıb sökmək -min cür mənlərlə üzləşmək ,onu dəf etmək insanın öz əlindədir.Sən istə bəlkə alındı !
 Herman Hesse -ni oxumaq  üçün Motsartı,Baxı ,Haydını ,Handeli anlamaq duymaq lazımdır.Əbəs yerə deyil ki,musiqidən danışarkən  o qeyd edir ki ,Mən də Motsartı,Handeli dinləyəndə rahatlıq ,gözəllik duyuram .Bir başqası isə ucuz melodiyalara qulaq asanda da eyni şövqü yaşayır .Deməli ikimizdə eyniyik.Fərq orasındadır ki ,birincilərin qulaq asdıqları bəşəridir.Heç vaxt ölməyəcək.(pafoslu alındı amma bəzi cümlələr ,insanlar sözlər buna layiqdir) .Demək istədiklərim çoxdur amma əbəs görürəm çünki kitabı oxuyanlar onsuz da hiss etdiklərimi yaşayacaqlar.(əlbəttə bədii zövq varsa ,çox təssüf ki ,bu da hər kəsə şamil olmur)))
Sonda isə Handeli Dinləyin .

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...