Şikayət etməklə qısa zamanda qəzəbimizi sovuduruq, ancaq uzunmüddətli dövr üçün isə bu insan sağlamlığına ziyan vurur. İnsanlar niyə şikayət edir sualına ən yaxşı cavabı “Hidden Brain” podkastında veriblər. Şikayət edənlər daha çox onlara dəstək verən insanları sevirlər. “Bir dəfə evə gəldim və atama hazırda olduğum iş yeri ilə bağlı şikayət etməyə başladım. Atam mənə qulaq asdı və dedi, işdən çıxırsan? Mən isə yox dedim. O, isə cavabında dedi ki, əgər işdən çıxmaq ilə bağlı bir planın yoxdursa, o zaman şikayət etməkdən daha çox baş verən hadisələri analiz etməyə və həll etməyə çalış”. Bu mənim üçün çox böyük dərs oldu. Zarafat edərək deyir ki, belə qərara gəldim ki, daha atamdan emosional dəstək almayacağam.:) Əlavə edir ki, başa düşdüm ki, bu iş mənə lazımdır və pul qazanmalıyam və ona görə də həll yolu tapmağa çalışdım. “Bir dəfə isə bir menecerimiz ilə bağlı problemim var idi. İkimiz də bir-birimizə qarşı olan neqativ münasibəti büruzə verməsək də amma nəsə düz ge...