1800 -cü illər.Küçələr hər kateqoriyalı insanlarla doludur.Kübar ədası ilə diqqət çəkənlər,əlləri çox işləməkdən qabar bağlamış insanlar.Zəngin məhlələrlə yanaşı kasıb daxmalar.New York city -də əməlli başlı təzadlar şəhəridir bir sözlə.Bəs mən kiməm?
Zəngin bir ailənin kübar qızı .Dəbdəbəni sevirəm .Beləliklə bu mənim hərəkətlərim də də ,insanlara münasibətində də özünü göstərir.Özümdən razı xudpəsəndəm ?.Yox mən əminəm belə deyiləmdir.Səyahəti sevirəm .New york city nin küçələrini faytondan izləmək ,əks təzadları müşahidə etmək maraqlı gəlir.Hələ yadımdadır bir dəfəsində faytonun qarşısını həyasızca kəsən dilənçiyə 20 sent vermişdim.Deyəsən o mənə həsəd aparırdı.Etdiyim jestlərə,zərif donuma ,bütün cazibədarlığımı ortaya çıxaran saçlarıma.Fayton yola düşmüşdü ,amma deyəsən o uzun müddət arxamızca baxdı.Düzdür dəbdəbəli geyinməyi,Yunanıstandan gətirilmiş zərif parçalarla füsünkarlıq yaradılmasını sevirdim.Axı mən Jacobs Frankın qızı idim .Ona yaraşan xüsusiyyətlərim olmalı idi.Atamı sevirdim ,amma əmin deyildim bir gün gələcək yoldaşımı da eyni məhəbbətlə sevə biləcəkdinmi?
Atamdan istəyənlər də tapılırdı.Belə zərif,savadlı qızı almaq istəyirdilər.Deyəsən mən xəyalpərvər idim .Bəzən atamdan xəbərsiz otağıma çəkilər səbəbini belə bilmədiyim nəsələr üçün göz yaşı tökərdim.Atamın xəbərinin olmasını istəməzdim.Hələ onu incitməyi ağlımın ucundan belə keçməzdi.Bəzən düşünürdüm ki atam ilə birgə bu şəhəri tərk etsək bizim üçün yaxşı olardı.O isə hər dəfəsində işlərinin bu şəhəri ilə bağlı olduğunu deyib susardı.Bəzən uzun səyahətlərə çıxdığı da olurdu.Mən isə otağımı bəzəyən qramafonu işə salardım,klassik musiqilərə qulaq asardım .Motsart,Bax və s .Otağımda qədim əlyazmalar,Klassiklərin kitabları vardı.Tək qaldıqda vərəqləyib oxuyardım.Sonra hansısa səbəbdən kitabları da o qramafonun üstünə tullayıb ,sükütü dinlərdim.
NewYork city ni vəsf edən musiqilər yaranmışdı ,orda bu şəhəri elə füsünkarlıqla notlara köçürmüşdülər ki bu şəhərdə yaşamasam həmin şəhəri mələklərin şəhəri hesab edər,atamı da ora getməyə təhrik edərdim.
Atamın eşq ,məhəbbət məsələlərinə münasibəti başqa idi.O deyir di hər kişi əlçatan qadınları sevər ,amma evlənəcəyin qadın uğrunda mübarizə aparmaq lazımdır.Mən də gözlərdim ki ,mübarizə aparmasını bilən,eyni zamanda sevməyi bacaran kübar centlman qarşıma çıxacaq.Mən isə onu çox sevəcəm.Düzdür indi belə biri var.Uilyam hər dəfəsində məhəbbətini elə sözlərlə vəsf edir ki ,ona bir az daha vuruluram.Atamın bu gizli sevgidən xəbəri belə yoxdur.Əgər bilsə tez bir zamanda bizi evləndirərdi.Bilmirdim ki Uilyam gözlədiyim atamın vəsf etdiyi kişi idimi,verdiyi odlu məhəbbət sözləri saxta deyildi ki?
Bəlkə o heç məni sevmir........
Xurmayı saçlarına,qara gözlərinə,hündür boyuna vurulsam da .Onda bu xususiyyətlər çatmırdı sanki.Onu sevə bilməzdim əminəm.Ehh məhəbbət məhəbbət.
Evimiz New York city-nin qədim məhlələrini birində yerləşir.Qırmızı kərpicdən hörülmüş bu ev görənləri valeh edir.Nəsə bir doğmalıq duyulur bu evdə Və mənim Saram .Uşaqlıqdan mənim qayğımı çəkib,atama qulluq edib,bu evdə bəzən düşünürəm bizdən çox onun haqqı var.
Atamı,Saramı,bu doğma şəhərimi ,qırmızı kərpicdən hörülmüş evimizi də sevirəm.Mən xoşbəxtəm ona görə ki Jacobs Frankın qızıyam.
Comments
Post a Comment