Son 4-5 aydır ki, Amerikalı jurnalist, insan davranışları və sosial elmlər sahəsi üzrə ixtisaslaşan araşdırmaçı Shankar Vedantam-ın “Hidden Brain” podkast seriyasına qulaq asıram. Səsinin o qədər sakitləşdirici gücü var (mənə çox yaxşı təsir edir) ki, eləcə də insan davranışları üzrə araşdırdığı mövzuları heç nəyə dəyişmək olmaz. Yəni, qulaq asırsınız, ancaq unudulmur, bir neçə gün mövzunu özün üçün müzakirə edirsən. Mən olsaydım nə edərdim? Heç vaxt fotosuna baxmamışdım, bu dəfə Google etdim, doğrudan da səs və görünüş bütünləşirdi. Bu səhər qulaq asdığım podkast isə insanların mühakimələri haqqında idi. Şəxsi və akademik keyfiyyətləri yaxşı olan gənc bir oğlanın etdiyi bir səhv bütün həyatını bir anda dəyişdirirdi. Həmçinin əlavə edim ki, o fizikdir, yaxşı golf oynayır və musiqi alətində mükəmməl ifa edir. Həmin gənc çətinliyi sevdiyindən dolayı Harvard Universitetinə daxil olur, ancaq tələbələr arasındakı qrup çatında paylaşdığı seksual qrafikə görə, Universitet-dən qovulur. O, deyi...