Skip to main content

Posts

Showing posts from December, 2022

Niyə şikayət edirik?

Şikayət etməklə qısa zamanda qəzəbimizi sovuduruq, ancaq uzunmüddətli dövr üçün isə bu insan sağlamlığına ziyan vurur. İnsanlar niyə şikayət edir sualına ən yaxşı cavabı “Hidden Brain” podkastında veriblər. Şikayət edənlər daha çox onlara dəstək verən insanları sevirlər.   “Bir dəfə evə gəldim və atama hazırda olduğum iş yeri ilə bağlı şikayət etməyə başladım. Atam mənə qulaq asdı və dedi, işdən çıxırsan? Mən isə yox dedim. O, isə cavabında dedi ki, əgər işdən çıxmaq ilə bağlı bir planın yoxdursa, o zaman şikayət etməkdən daha çox baş verən hadisələri analiz etməyə və həll etməyə çalış”. Bu mənim üçün çox böyük dərs oldu. Zarafat edərək deyir ki, belə qərara gəldim ki, daha atamdan emosional dəstək almayacağam.:)  Əlavə edir ki, başa düşdüm ki, bu iş mənə lazımdır və pul qazanmalıyam və ona görə də həll yolu tapmağa çalışdım. “Bir dəfə isə bir menecerimiz ilə bağlı problemim var idi. İkimiz də bir-birimizə qarşı olan neqativ münasibəti büruzə verməsək də amma nəsə düz ge...

Robot kimi yaşamaq, yaxud “VAXT ÖLDÜRMƏK”

 Amerika və Qərbdə vaxtın idarəedilməsi ilə bağlı 2 cür yanaşma var, qulaq asdığım podkastlarda bir qismi bu fikirdədir ki, günü lazım olduğu qədər məhsuldar keçirmək lazımdır. Bir qismi isə bu fikirdədir ki, biz insanıq, vaxtı idarə edərək yaşasaq robotdan bir fərqimiz olmayacaq. Ancaq mən birinci fikirdə olanların tərəfindəyəm. Məsələn, Portuqaliya əsilli, məşhur futbolçu Cristiano Ronaldo müsahibələrinin birində deyir ki, “Mən evə gəlirəm, bir çox işlərdən sonra ailəmlə zaman keçirirəm, daha sonra 30 dəqiqə idmanla məşğul oluram. Deyə bilərəm ki, gün ərzində bir çox işlər ilə məşğul oluram, amma özümə ayırdığım yalnız 30 dəqiqə mənim günümü daha dəyərli edir”. Həmin zaman müsahibəsində deyirdi ki, “Elə buna görə də, 36 yaşım (hazırda 37) olsa da, hamı elə bilir ki, 28 yaşındayam”.  Öz təcrübəmdən deyə bilərəm ki, hər gün 30 dəqiqə idman, qısa gəzinti, ən azı 3-4 səhifə kitab oxusanız (amma bunu hədəflədiyiniz dildə edin) və bunu hər gün etsəniz uzunmüddətli dövrdə, həm insa...