Bu musiqi qrupu ilə tanışlığım yenə də dostumun sayəsində olmuşdu.Bax dinlə xoşuna gələcək demişdi.Bu sözlərin üstündən bir il keçsədə,xoşuna gələcək artıq azlıq edirdi.Narkoman nədənsə asılı olduğu kimi bizdə bu beşliyin xəstəsinə çevrilmişdikSözün yaxşı mənasında.Onu da qeyd edim bu sevgi hələdə davam edir.Musiqinin dili yoxdur demişdilər inanmamışdım beləcə bunu da anladım ki,dünyanın harasında yaşayırsan yaşa insanları birləşdirən nəsə ortaq nöqtələr var.Bizi də birləşdirən BSBVə onların musiqisi oldu.
"Musiqi sevgidir,Sevgi Musiqidir,Musiqi həyatdır və və mən öz həyatımı sevirəm.Təşəkkürlər və gecəniz xeyrə" deyən qrup üzvi Aj-Mclean -dən danışmaq istəyirəm.Tək onun haqqında yazmağı düşünsəm də sonra fikirləşdim ki onu BSB -sız ,BSB -nı da onsuz təsəvvür etmək olmaz.Beləcə qrup halında olan musiqilərdə blogda yer alacaq.Hər istedadın özünün mənfi cəhətləri var.Əgər kimsənin şəxsi həyatında nəsə çatışmırsa bu bizə haqq vermir ki onu bəyənməyək və yaxud həmin insanın etdiklərini inkar edək.Ona görə onun melodiyalarını dinləyəndə məni maraqlandırmırdı o narkomandır və ya hansısa pis vərdişləri var. O narkoman və alkoqoldan əziyyət çəkirdi ,Amma son iki ildə dostu kEVİN Richardsonun təhriki ilə bunların daşını atır. Bu işdə sevginin də rolunu danmaq olmaz
.Hanı deyirlər e bir gün bir nəfər çıxar sənin bütün mənfi əməllərində elə onun sənin həyatına daxil olmasından sonra bitər.Sevgili Rochelle ilə tanışlıq onun həyatını dəyişir .İndi normal insandır eyni zamanda da milyonların sevimlisi.Eləcə də mənim.O qədər ki gələcək sevgilim də ona bənzəməsini istərdim))))O deyir "Mən qadınlardan daha çox alış-veriş edirəm."Elə buna görə də musiqi ilə yanaşı geyimində də digər dördlükdən seçilir və öz tərzini ortaya qoyub.Sevirəm belə insanları
Ps.Necə ola bilib ki ,ilk blog yazımı ona xitab eləməmişəm.HMM ola bilər ki ,evli olduğundan)))

Comments
Post a Comment