Sosial şəbəkələrdə hər dəqiqə kədərli statuslar paylaşanlar və belə demək mümkünsə “ağlayanlar” var. İşin ən qəribə tərəfi odur ki, bunu edənlər tam da yox, əksər hallarda oğlanlar olur. Məsələn, evə getmirəm yolumu gözləyən yoxdur, əgər sən olsaydın və s tipli.. İnanın kənardan izləyən biri kimi siz əzik və psixoloji problemləri olan biri kimi yadda qalırsınız. Yox əgər doğrudan da belə bir probleminiz varsa, sosial şəbəkələrdən bir müddət uzaqlaşın, özünüzü dinləyin, nə istədiyinizə qərar verin və o yol üzrə irəliləyin. Və problemi həll etdikdən sonra, sosial şəbəkələrdəki fəaliyyətinizi davam etdirin. Və unutmayın ki, siz bir fərdsiniz. Nə başqaları sənin, nə də sənin həyatın başqalarına maraqlı olmamalıdır. 😊