İndiyənə qədər heç bir dini kitab oxumamışam ,amma bəzi dini kitablarla tanışlığım olub.Quranı açıb oxumaq istəsəm də başa düşə bilmədiyimdən və də başa düşə bilmədiyim nəsələr məni həvəsdən salır.Ona görə də oxumadım.Nədənsə vaxt itgisi hesab elədim.Facebook da yazdığım yəni dini baxışın nədir sualına azad sözünü əlavə etmişəm.Səbəb heç bir dini cərəyandan ,onun müəyyən etdiyi qaydalarla yaşamaq istəmirəm.Bir tərədfən də məni özünü dərk etməsi üçün kifayət qədər dərrakə verməyibsə bu yenə də mənim günahım deyil.
Ateist ,satanist,sadist və s kimi insanların cürbəcür ad qoyduqları cərəyanları da insanların başqalarından fərqlənmək istəyi kimi qəbul edirəm.
Bəs mənim Allahım kimdir?hesab edirəm ki ,insanlar həmişə özlərindən güclü ,etibar edə biləcəyi kimi isə görmək istəyir.İçimdəki güclü varlıq yəqin bu Allahdır,Əl açıb dua edirəm .Ailəm üçün ,doğmalarım üçün ,özüm üçün .Səbrli ,dəyanətli olmaq üçün .özümdən güclü onu görürəm çünki.İndi deyə bilmərəm ki ,mən ateist,sadist,satanistəm ,və yaxudda xristian,yəhudi,müsəlmanam.Bütün bunları kateqoriyalara görə bölmürəm.
Din anlayışı mənim üçün yoxdur.Sadəcə güclü olan insanların adlandırdıqları kimi ALlah var..
Gələlim dini kitablara .Onlar mənə müqəddəs olmamalıdır məncə,sadəcə bir gün anlasam mənə nədəsə yol göstərə bilər.Onlardan gətirilmiş sitatları da eşidən də özümdə məndən asılı olmayan qıcıq ,agresiya yaranır.Deməli mən müsəlman da deyiləm .Kosmopolitəm.Kimsə yanım da dini söhbətlər edəndə ,kimisə mədh edəndə o insanlarda gözümdən düşür,çünki çox vaxt danışmağa sözləri də olmur.
Azan səsi eşidəndə rahatlığ qarışıq xoşbəxtlik duyuram.Hər dəfə eyni vaxtda müəyyən olunmuş küçə ilə gedəndə azan səsini eşidirdim.Ayaq saxlayırdım qulaq asırdım .
Yəni mən azanı dinləyəndə xoşbəxt olduğum kimi,rahib ilə günahkarın söhbətini də xoş qarşılayıram.
Oruc tutmaq hər dəfə Ramazan bayramı gələndə -Şablona çevrilmiş sualı verirlər -Oruc tutmusanmı deyə.Sonra ardından biz oruc tutaq sən isə ye iç deyirlər.Məncə islam kimisə günahlandırmır.Bu sənin şəxsi arzundur.İslam fikirlərin üstünə də cummur.Odur ki sakit olaq!
Oruc tutmağa mənəvi təmizlik kimi baxıram,amma heç bir dəfəsində də qismət olmayıb.Bioloji insanın orqanızmıni təmizləyən bir şey kimi.
İndi qayıdaq əməllərimizlə hərəkətlərimizə.Deməli biz orucu tuturuq ,nəsə yenə umuruq ,gözləyiriK.Bu nə qədər dürüstlük oldu indi.Min dəfə bayramınız mübarək deməkdənsə-bir geriyə baxıb heç qəlb qırdınmı?Bəlkə o insan heç də yaxşı deyil soruşdunuzmu.Məncə islam da şablonları sevmir.
Və mən bilirəm fikirlərim dağınıqdır,içimdə Allah sevgisi də var,amma bu sevgini dinlərə görə bölmək istəmirəm.Bilirəm bir az daha müdrikləşdikcə fikirlərim dəyişiləcək,amma heç vaxt dinin köləsi olmayacam.
Qayıdaq mənə əmməllərimdə dürüst olmağa çalışmışam.İndiyə qədər lazım olan məqamlarda susmuşam,KİMƏSƏ nəsə demişəm sə həmin sözü haqq etdiyindən olmuşdur bu.Kiminsə qarasına danışmıram.Hətta iki nəfər bir -birilərindən xəbərsiz mənə şikayətlənən də də-aranı qızışdırmağa deyildə ,mülayimləşdirməyə çalışıram.Bəlkə o da özünə görə haqlıdır.Bəlkə öz dediklərini də düşün deyə.Yanımda olmadığına görə digər insanla onun dedi-qodusunu etmirəm.Sözüm varsa ,üzünə deyərəm.Buna görə insanların xətrinə dəydiyim də olub,amma inanıram ki bu arxada danışmaqdan yaxşıdır.Hansısa əşyaya bürünüb əxlaqlı olduğumu da nümayış etdirmək çox səfehcədir bu arada .bİZ Kİ ƏŞyalardan asılılığı çoxdan qurtarmışıq.
Hara getsəm ,hansı vəziyyətdə olsam içimdəki tanrı sevgisi mənimlə olacaq.Bunun üçün lazım deyil məscid ,kilsə,sinaqoq!
p.S bunları kiməsə demək fikrində deyildim,amma türk arkadaş yaz mənə fikirlərini bildir dedi.Ümid edirəm qane edə bildim.Bu dəfə də fikirlərimi səfehcə görməyəcəksən!
Dini əqidəm
ReplyDeleteit is verynice article and good postthanks for sharing this article to us
i really like this article because i got good info about this article thanks for haring this article to us .best regards.
sap netweaver training in hyderabad