Bu musiqi qrupu ilə tanışlığım yenə də dostumun sayəsində olmuşdu.Bax dinlə xoşuna gələcək demişdi.Bu sözlərin üstündən bir il keçsədə,xoşuna gələcək artıq azlıq edirdi.Narkoman nədənsə asılı olduğu kimi bizdə bu beşliyin xəstəsinə çevrilmişdikSözün yaxşı mənasında.Onu da qeyd edim bu sevgi hələdə davam edir.Musiqinin dili yoxdur demişdilər inanmamışdım beləcə bunu da anladım ki,dünyanın harasında yaşayırsan yaşa insanları birləşdirən nəsə ortaq nöqtələr var.Bizi də birləşdirən BSB Və onların musiqisi oldu. " Musiqi sevgidir , Sevgi Musiqidir , Musiqi həyatdır və və mən öz həyatımı sevirəm .Təşəkkürlər və gecəniz xeyrə" deyən qrup üzvi Aj-Mclean -dən danışmaq istəyirəm.Tək onun haqqında yazmağı düşünsəm də sonra fikirləşdim ki onu BSB -sız ,BSB -nı da onsuz təsəvvür etmək olmaz.Beləcə qrup halında olan musiqilərdə blogda yer alacaq. Hər istedadın özünün mənfi cəhətləri var.Əgər kimsənin şəxsi həyatında nəsə çatışmırsa bu bizə haqq vermir ki onu bəyənməyək və yaxud hə...