İnsanlar müxtəlifdilər:
1-Baxarlar və susarlar
2-Görərlər və susmazlar.
İkinci kateqoriyadan olan insandan danışmaq istəyirəm .O insandan ki ,bloguna milyardlarla user baş çəkir,kitabları bestsellerə çevrilib.Onu müasir Çinin qəhrəmanı da deyə bilərik.O deyir"Gənc nəslin saçlarından tualet kağızı kimi istifadə eləməyə cəhd etməyin!"
Məncə Kommunist ölkəsində yaşayıb bu sözləri demək üçün cəsarətin olmalıdır insan.Elə buna görə onlar deyir ki ,Han Han həyatın içindən yazır ona görə bizlərin xoşuna gəlir.
İnqilabçılıq uşaqlıqdan formalşıb Han Han da.O sübüt edə bildi ki ,həyatda uğura imtahandan kəsilsən də nail ola bilərsən.Fizikaya,Riyaziyyata nifrət edirdi,elə bu səbəbdən 7 kursdada kəsildi.
Han Han 29 yaşındadır .Peşəkar Ralli Pilotu,kitabları ilə satış rekordu qırmış,Party adlı jurnalın yaradıcısı ən əsası da musiqiçidir.17 yaşında hekayə yazır ona prestijli mükafat qazandırır.Sonrasında da vurğuladığım kimi romanını yazmaq üçün məktəbi tərk edir. Kİtabı tez bir zamanda bestsellerə çevrildi.2 milyon nüsxəsi çıxdı,50 dəfə nəşr olundu.
Maraqlıdır ki bloq yazısı yazmağa isə sevmədiyi digər blogerə(Bai) qarşı yazmaq üçün açmışdı.Han Han blog və esselərindən toplanmış This Generation adlı kitabında kommunist ölkəsində yaşamağın necə olduğundan bəhs edir.O bu kitabında səmimi şəkildə ölkəsindəki senzura sistemindən yazır.Çin senzurasının nəşriyyat üstündəki hegemonluğunun incəliklərini göstərir.
"Mən başa düşmürəm ki ,bir nəfər əlinə qələm alır və mədəniyyətin üstünə hücum edir."
"Nəzərə alın ki mən yazıçı olmamışdan qabaq oxuyucuyam"
"Senzorun cəzalandırma frazaları -nəyisə çap eləmək üçün mən sizin qarşınızı kəsmirəm,cəsarətiniz varsa çap edin.Onu da bilin ki siz işinizi itirsəz və ya həbsə düşşəz mənim əhvalım yaxşı olmaz.İndi ən yaxşısını özünüz düşünün çap edirsinizsə edin!"-(Han Hanın kitabından bəzi frazalar)
Han Han deyir"Bu gün qazın bir litrinin qiyməti 10 yuana yaxındır.Amma yenədə daha çox olmalıdır.))
O həm də musiqiçidir demişdim -Onun bəzi melodiyaları İnqilabçı eyni zamanda romantik)
O eyni zamanda ümidlidir."Demokratiya mənə görə kompramisə gedə bilməkdir.Düzdür hələ ki ABŞ ,UK, Tayvanda olan qədər demokratiya olmayacaq ,amma əminəm ki yaxın onilliklər ərzində mən də heç nədən qorxmadan sözümü deyə biləcəyəm"
P.S Çində Great Firewall adını almış sistem var.İnternetin üzərinə guya bizi nəsə zərərlərdən qorumaq üçün qoyulmuş senzura sistemi.Hətta Çinli siyasətçi deyirdi"Təmiz hava üçün pəncərəni açırsızsa ,ora ağcaqanaqların içəri girməsini də göz önünə almalısız."Han Han da bir çox blog yazılarında Çinin yürütdüyü Great Firewall siyasətinə qarşı açıq şəkildə yazmışdı.Bunları deyə bilən Tək-Tük Çinlilərdən biridir

Ülviyyə, çox maraqlı və məlumatlandırıcı post idi. Doğrusu bu şəxs haqqında heç eşitməmişdim və çox maraqlı gəldi. Təşəkkürlər.
ReplyDeleteÇox sağ olun oxuduğunuz və fikir bildirdiyiniz üçün .Çox sevindim.Düzü mənim də elə məlumatım yox idi .Təsadüf nəticəsində Twitterdə gördüm .Maraqlı gəldi mənə araşdırdım))
Delete