Sən qəribə qız idin və düzü mən səni anlamırdım.Ətrafındakı dostların ,elə mənim özüm ilə də yaxşı dolanmırdın.)))Mən çalışırdım ki,sənin marağını qazanım və buna nail oldum,çünki ortaq nöqtəmizi tapmışdım. Bunu mənə müəlliməm deyirdi.Bu sözləri hətta o vaxt dedi ki,mən universiteti də qazanmışdım. Beləcə başladıq oxuduğumuz kitablardakı qəhrəmanları saf-çürük eləməyə .Eynşteyn öz dostu Bor haqqında dediyi kimi o həm məni başa düşürdü həm də mənim başa düşdüklərimi.Darıxdım((( Bəzən oxuduğum kitab haqqında ona danışanda o məni səbrlə dinləyərdi,qulaq asardı.Mən də elə başa düşürdüm ki,o heç vaxt həmin kitabı oxumuyub.Danışdıqca danışırdım filan qəhrəman belə gəldi.Don Kixot belə sarsıldı,Roqojin sevgilisini belə öldürdü,həmin obrazlardan bu gun kimisə real insanlardan birinə oxşatdım. Axırda üstündən bir həftə keçirdi və məlum olurdu ki,o bir əsəri dörd dəfə oxuyub.Bir az pərt olaraq gülürdüm... Sözüm ondadır ki,o bilirdi dese idi mən də o kitabı oxumuşam.Sənindediklərini ham...