1923-c ü il sentyabrında M.Ə.Rəsulzadə İstanbulda mühacirət mətbuatının əsasını qoyur.Jurnal isə "Yeni Qafqasiya" adlanır.Onun Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan Qolubkaya ünvanladığı məktubda mühacirət mətbuatı problemlərinə toxunur və yazırdı: "Siz haqlısınız ,pul azdır,amma çox lazımdır.Pulları havaya sovurmaq lazım deyil.Gördüyünüz kimi ,biz onları havaya sovurmuruq".(Az.mətbuat tarixi antologiyası-mühacirət dövrü,3-cü cild,səh 132). Özü İstanbulda ,ürəyi isə Vətəndə olan Rəsulzadə Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsi üçün "Yeni Qafqasiya" jurnalında çağırış xarakterli məqalələr yerləşdirirdi. O,Polşa rəsmiləri ilə olan məxfi yazışmalarının birində məsələ ilə əlaqəli yazırdı."Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq ,mən artıq nəinki "Yeni Qafqaz" jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta işin müdafiəsi üçün məqalələr də yazmışam.(Az.Mətbu...