Musiqi insanların daxili hissləri ilə və də insanların elə özləri ilə birbaşa olaraq bağlıdır.Kimsə mənə filan musiqini dinlə desə ,qəribədir melodiya məhz onu ərsəyə gətirən ilə deyil də,elə həmin insanın adı ilə bağlanır.Nə vaxtsa təkrar-təkrar onlara qulaq asanda həmin insanlar yadıma düşür,və də həmin an nələr hiss etdiklərim.İnsanların sözləri,simaları yaddaşıma həkk olunur məhz melodiyalarda onları daha da kəskinləşdirir.Əgər kimsə musiqiyə ovqatını dəyişmək üçün qulaq asırsa,Mən isə həmin insanları qeyri-ixtiyarı olaraq yada salmaq üçün bunu edirəm.Belə bir sual doğa bilər?Sən keçmişin ilə yaşayan insansan -Qəti deyə bilərəm ki ,bu əsla belə deyil.Aşağıdakı melodiyaların isə mənim üçün xususi yeri olub-Təbii ki insanların da.