Skip to main content

Posts

Showing posts from June, 2022

Peşəkar işçi çatışmazlığı bumu ölkələri hara aparır?

Bir çox ingilis dilli ölkənin əmək bazarında işçi qıtlığı yaşanır. Məsələn, Avstraliya müəllim çatışmazlığından şikayətçidir, yeni universiteti bitirən müəllimlərin isə təcrübəli olmamasından narahatdırlar. Bir məktəb müdiri müsahibəsində deyirdi ki, “əvvəllər bir vakansiya üzrə yüzlərlə CV alırdıqsa, hazırda bu rəqəm 1-2-dir, çox acınacaqlı bir vəziyyət yaranıb”. Müəllimlərin isə əksəriyyəti onlayn çalışır, ya da öz bizneslərini qururlar, deyirlər ki, belə daha çox qazanmaq olur.   ABŞ-da bir çox   pilot (onsuz da fantastik rəqəmlərə çalışırlar) təqaüd yaşından öncə əmək bazarından çəkilir. Yay mövsümü yaxınlaşır, qarşıda bu ölkədə bir çox bayramlar (4 İyul) olacaq, insanlar səyahət etmək, başqa ştatlarda yaşayan yaxınlarını görmək istəyirlər, amma bir çox səfərlər təxirə salınıb. Səbəb çox vaxt əməkdaş qıtlığı və ya hava vəziyyətinə görə baş verir. Amerikada iri texnologiya şirkətləri isə pandemiyadan sonra işçilərin ofis mühitinə qayıda bilməməsindən narahatdırlar. Ona ...