Skip to main content

BAKININ "QAVROŞ"U

Üzündə çapıqlar ,əlləri indidən kobudlaşmış ,gözləri qorxulu bir o qədər kədərli,əynində çox köhnə bəlkə də kiminsə ona verdiyi və ya zibil köşələrindən tapdığı paltarlar.Başında eyni nimdaşlıqla papaq. O saat hiss olunur ki,şəhərimizin "QAVROŞ"UDUR.
Bir az da ədəbsiz .Saxla!Saxla!Saxla deyəcək qədər ədəbsiz.Səsində isə illərin kobudluğu var.
Fikir verirəm yekəqarın ,bəlkə də 150 kilo olan biri həmin uşağı kənara çəkib nəsə təkəbbürlə soruşur.O da büzüşüb  inandırmağa çalışır ki  "ƏLİMDƏKİ ELƏ DƏ TƏHLÜKƏLİ DEYİL! Mən içən deyiləm inanın elə çəkən də Vallah!
Avtobusun zəif işiğında  qorxulu gözləri üzümə zillənir.Təhlükə duyuram ,amma eyn zamanda mərhəmət .
O yekəqarın özündən güclünün qabağında sərçəyə dönəcəydi .Onun da gücü ,kişilik məharəti ona çatırdı.Qorxu duyduğu Qavroşu köşəyə sıxışdırmaq ,ondan ədalətli olmağı tələb etmək .
Bir şey dəqiqdir belə insanlar nə qədər yoxsul olsalarda ,içlərində azacıqda olsa ,sürücünün haqqını erə biləcək qədər dürüstlük vardı.
Tanrı insanları nə üçün yaratdın?

Comments