Skip to main content

İnsanların zəif nöqtələrindən faydalanmaq


Getdiyim yerlərdə şablona çevrilmiş sual
Hansı siyasi partiyanın üzvüsən?
Mənim cavabım isə istehzalı gülüşün ardından-Heç bir cərəyana qulluq etmirəm olur.

Bunun şahidi olmuşam ki,gənclərimizin bir qismindən əməlli-başlı istifadə olunur.Bəzilərinin dini,bəzilərinin isə siyasi zəif nöqtələrindən .Həmin "insanlar"da məhz bundan faydalanırlar.Müşahidə eləmişəm ki ,bir az azadlığı olan,ağına bozuna baxmadan nəsə demək istəyən təşkilatlar,televiziyalar bir qrup xarici təşkilatlar tərəfindən maliyyələşir.Başa düşüldüyü kimi həmin gənclərdə böyük oyunların kiçik istifadəçilərinə çevrilirlər özləri də belə bilmədən.
Meydanlarda ,mitinqlərdə ağız dolusu azadlıq deyən gənclik özün belə azad deyilkən ,umumiyyətlə sözün mahiyyətinə belə varmadan bu tələbi irəli sürmək çox səfehcə.
OYAN bir bax -sənin əqidən ,əxlaqın günü-gündən daha da cılızlaşır.Azadlıq deyə qışqırarkən və ya böyük oyunların zərrəciyi olduqca.Bir də görəcəksən hər şeyin əlindən alınıb geriyə qoyduğun isə istifadə olunmuş bir şəxsiyyət.
İnsanlar əsasən öz dünyagörüşlərinə,əqidələrinə uyğun olaraq müəyyən qurumlara üzv olurlar.Həmin insanların müəyyən qrupuda narazı insanlar dəstəsidir.Bəziləri də bilmədən bu oyunun içinə düşür .Bir də görür ki qərəzli,absurd düşüncəli insana çevrilib.Bunu fərqinə varanda isə mənliyinin əlindən alındığını görsə də susur.
Demək istədiyim odur ki ,kim olur olsun sizlərdən istifadə etmələrinə yol verməyin.Ən əsasda zəif və narazı yönlərinizdən.Onsuzda hər kəs nədənsə narazıdır.Elə mən özümdə amma kiminsə əlində oyuncağa çevrilmək kimi niyyətim yoxdur!
Bunun sadə yolu isə nəyisə bəyənmirsənsə -sus və məqamı gələndə çıx get vəssalam!insanlarda pərən-pərən səpələniblər.Bir amerikalıda öz ölkəsindən narazıdır çünki özündə asiyalı təfəkkürü ,əxlaqı hiss edir.O isə bunu yolunu getmək də görür.O yerə ki,onunla tamamilə uzlaşır.Amerikalı demir mən Obamadan narazıyam ,deyir bu mənim ölkəm üçün ən yaxşı ,düzgün seçimdir.Mənim istəmirəm və gedirəm .Bu tamamilə mənimlə əlaqəli şeydir.İnsanlara təəssüf olsun ki valideynlərini və ölkələrini seçmək haqqı verilmiyib.Yenə deyirəm kaş insanlar öz ölkələrini,cəmiyyətlərini seçmək şansları olsa idi.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...