“Onlardan bəziləri özlərini 1 yaşlı uşaq kimi aparanda təəssüflənirəm”. Mirzə İbrahimovun eyniadlı əsəri əsasında çəkilmiş “Böyük Dayaq” filmində Rüstəm kişini, İsmayıl Şıxlının yenə eyni adlı “Dəli Kür” romanını və onun əsasında çəkilən filmdə Cahandar Ağanı, “Əhməd Haradadır” filmində Əhməd üçün narahat olan valideynləri uşaqlığımızdan bu yana bizim üçün səhvləri, düzləri ilə də olsa gözlərimizdə yenə də ağsaqqal, ağbirçək obrazını yaratmışdılar. Belə qəhrəmanların bir baxışı kifayət idi ki, hamı yerini bilsin. Və onlar harda hansı sözü deməyin qaydasını da çox yaxşı bilirdilər. Bu gün isə ictimai yerlərdə bir çox yaşlı insanlar özlərini 1 yaşlı uşaq kimi aparanda, gənclərdən əlindəkini qoy qırağa gəl davaya çıxaq davranışını nümayiş etdirəndə təəssüflənirəm. Axı bizim yuxarıda sadaladığımız kimi qəhrəman obrazlarımız olub. Əminəm ki, 20-30 il bundan öncə də tək qəhrəmanlar arasında yox, elə sadə vətəndaşlar arasında da daima tək öz övladlarına deyil, başqalarını...