Deyirlər uzun müddət açıq havada gəzmək, insanda əhvalı artırır, düşünməyə kömək edir. Müxtəlif fikir və düşüncələr beynindən keçir, amma bir dənəsi o digər fikirlərin içindən “Düşün Məni” deyir sanki.. Bir az da bu fikirləri gücləndirən ətrafdakı cütlüklər və payız fəsli olur. Düşünürsən, onlar bir yerdədirlər, doğrudanmı bir-birilərini istəyirlər, yaraşırlar, yada doğrudanmı bir-birilərinin qismətidir. Yoxsa, bu münasibələr də bir ay, 1 il, 2 ildən sonra boşa çıxacaq? Kişi qadının, qadın da kişinin həyatına onu öyrənmədən, bilmədən kor-koranə müdaxilə edir. Xüsusilə, belə münasibətlər sosial platformaların inkişafı ilə daha da artıb. Ümumiyyətlə, sosial platforma üzərindən başlayan münasibətlərin nə qədər həqiqi, real olduğunu isə danışmaq istərdim, amma bu yazının mövzusu deyil məncə. Sadəcə insanların həyatına belə müdaxilələr onların təsiri ilə daha da artıb. İnsanlar tarixdir, onların həyatına kor-koranə müdaxilədən qaçmalıyıq. Çünki, onların həyatının bi...