Skip to main content

Bir az daha əzilirəm


Gözümün qabağında yaşlanırrsan.Diqqət etməmişdim,amma bu gün sənə baxan da utandım.Bu dəfə fərqli dəydin gözümə.Əvvəlki kimi deyildin.Şən cazibədar,sevilən qadın.
Şənliyin yerini kədər qarışıq mübarizlik,cazibədarlığın yerini solğun bəniz,sevilən qadın obrazında isə tənha qadın qalmışdı.
Belində bükülmüşdü bu dəfə.Hamısı bizə görə idi.Mən çox utanırdım.Saçlarında bəyazlamışdı.Söz vermişdin ki elə belə də qalacaq.Vaxtından əvvəl qocalmışdın.Buna üzüldüm.Sən deyərdin həmişə həyat bəzilərinin qamətini dik saxlayır ,bəzilərini də bax elə mənim kimi belini bükür.
Kaş əlimdən bir şey gəlsəydi.Həmin dövr gələn də də sən bir az daha yaşlanacaqsan,bir az daha bənizin solacaq,saçların ağaracaq.Mən isə əksinə daha cazibədar görünəcəm.Bütün bunlar isə səndən aldığım illərə görə olacaq.Iks nisbət yaranacaq.Mən sənin halına baxıb keçirdiyin illərə heyifslənəcəm.
Mənə lənət olası beş-on il lazımdır,amma sən gözləmirsən axı QOCALIRSAN!
Hər gün bir az daha
Utanıram !

Comments