Bir yerdə oxumuşdum deyirdi ki,əgər tənhalığın nə olduğunu bilirsənsə deməli böyümüsən,amma mən isə içimdəki uşaqlığı nə vaxt atacağam deyə düşünürəm.Deməli bu nəticəyə gələk ki ,bu fikir mənə aid deyil.Əksinə tənhalıq isə yaman tanışdır. Bəzən düşünürəm tənhalıq qocalanda elə indinin özündə də öz "sehirli qutunla "təkbətək qalmaqdı.Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi "əsərindəki qadın kimi.Aparıcı qızla oturub görünməz dialoq qurmaq lap əladır.))) Yalnızlıq anan belə səni axtaranda sevinmək deməkdir.Simasını belə görmədiyin "online friend" -lərdən birinin salam sözünü almağı gözlədiyin məqam deməkdir.Min dəfə olduğun yerdə yenidən olduqda sevinmək deməkdir.(həmişə demişəm Bakı gözəl şəhər deyil)))Mənasız filimlərin təkrar süjetlərinə baxıb gülmək deməkdir.Ətrafındakı mənasız insanların ürəkbulandıran zarafatlarına qulaq asıb,özünü gülməyə məcbur etməkdir.Tənhalıq mübariz olmaqdır ,əyilməməkdir.Tənhalıq keçmişlə yaşamaqdır .Keçmiş il...