Milli Mətbuat Günündə belə bir yazı yazmaq istədim. Yersiz sual verənlər haqqında. Deyə bilərəm ki, bu məsələ son günlər yaralı yerlərimdən biridir. Çox təəssüf ki, ətrafımızdakı belə insanların sayı da günbəgün artır. Xüsusən də, məişətdə. Keçən dəfə psixoloqun biri danışır ki, əslində birini xarici görünüşünü nə bilim canım sizə desin, burnunun böyüklüyünü, qulaqlarının yekə olmasını, qaşlarının qalın olmasını, kök olmasını və s. desəniz bu qarşındakı şəxsə qarşı duyğusal şiddət olur. Amma nəzərə alın ki, qarşıdakında qüsur tapmaq istəyən o qədər qüsur tapacaq ki... Yetər ki, istəsin... Birinə burnun uzundur deyiləndə, qayıdıb demək istəyirsən ki, “Sənə nə var?”. (Hərçənd ki, valideynlərimə təşəkkür edirəm ki, burnum uzun deyil 😊 ) Üstəgəl bu gün qayıdıb adama qaşların niyə qalındır, saçlarını niyə rəngləndirmirsən deyirlər, yenə demək istəyirsən “Sənə nə var?”. Amma o daxildəki mədəniyyət qarşındakı şəxsə bu sualı verməkdən səni çəkindirir. ...