Kütlə içində yox olmaq,bir az da onların arasında əzilmək.Ürəkbulandıran tər iyi mənasız söyüşlər.Hər cür simalar .Baxışlar isə eyni Bəzən düşünürsən ki,bir nəfər eyni bədbəxt görünüşlə səni izləyir.Fikirləşirsən insan niyə var olub? Sualın cavabını özün belə bilmirsən.Hardasa ağlına gəlir deyirsən "Heyvanların yaradılması ilə niyə təbiət öz işini yekunlaşdırmadı"? Məgər lazım idi düşüncəyə sahib olan məxluq,əzaba qatlanmalı olan insancıq,xirtdəyini düşünən "heyvan." Heyvanlarda yaşam uğrunda bir-biriləri ilə daim mübarizə aparırlar.Birinin sağ qalması da digərindən asılıdır.İnsanlarda belədir ,amma heyvanlar daha təbiidirlər. İnsana ehtiyac varmıydı ?Hələ üstəgəl ona düşünmək kimi bir üstünlük vermək kimin vecinədir. Heyvanlar daha şanslıdırlar onları düşündürmür gələcək ilə bağlı qayğılar.Onlar üçün bu gün üçün yaşamaq var.Mənalıdır elə deyilmi?Ən azından insan həyatından üstündür. İnsan olmasa idi təbiətdə də heç bir dəyişiklik olmazdı beləcə.Heyvanlar ols...