Əgər bir zamanlar insanlar informasiya almağın aclığını çəkirdilərsə ,bu günlərdə isə onlar lazımsız məlumatlarla beyinlərini doldurmaq istəmirlər.Yəni onlar o qədər boldur ki,seçim şəxsin özünə buraxılır.Küçədə getdiyin yerdə belə yeni hadisənin şahidi olursan eşidirsən. Bəzən "Məlumat Bürosu" xarakteri daşıyan internet ,TV ,qəzetlərdən uzaq qaçmaq istəyirsən. Həyatda yaşaya ,baş çıxara biləcəyin qədər bilməlisən.Bütün bunlardan qaçmaq isə yuxarıda nümunə göstərdiyim filmin epizodunu xatırladır.Ata xaricdə təhsil almış ,hələ də oxumaq sevdasında oğluna -Yaşaya biləcəyin qədər bil deyirdi. Umumən çox bilmək ziyandır.Ziyan olan əlbəttə təhsil deyil.Özünü yeni lazımsız informasiyanı bilməyə məcbur etməkdir.Məsələn hansısa fikri kimsə nə vaxtsa deyib,kimsə nə vaxtsa şedevr musiqi bəstələyib.Beləliklə onların kopyasını oxumaq ,dinləmək lazımsız məlumat kimidir.Misalçün bəzən sual verirlər -Bizimkilərdən kimləri oxumusan ? Mütailə etdiklərimi...