Skip to main content

Posts

Showing posts with the label musiqi

Ən yaxşı serial, musiqinin TOP beşliyi

Son 2-3 ayda baxdığım əcnəbi serial və dinlədiyim 80-90-ların hit musiqilərini bloqumda yazmaq qərarına gəldim. Aşağıda "ən yaxşı"larından hesab etdiyim serial və musiqilərin adlarını qeyd edəcəm. Sense8 House of Cards The Killing The Fall The X-Series Musiqilərdən: Europe- The Final Countdown Madonna- La Isla Bonita Modern Talking- You are my heart, you ara my soul Phil Collins- Another day in paradise Scorpions- Wind of Change

Sevimli oğlanım)))

Bu musiqi qrupu ilə tanışlığım yenə də dostumun sayəsində olmuşdu.Bax dinlə xoşuna gələcək demişdi.Bu sözlərin üstündən bir il keçsədə,xoşuna gələcək artıq azlıq edirdi.Narkoman nədənsə asılı olduğu kimi bizdə bu beşliyin xəstəsinə çevrilmişdikSözün yaxşı mənasında.Onu da qeyd edim bu sevgi hələdə davam edir.Musiqinin dili yoxdur demişdilər inanmamışdım beləcə bunu da anladım ki,dünyanın harasında yaşayırsan yaşa insanları birləşdirən nəsə ortaq nöqtələr var.Bizi də birləşdirən BSB Və onların musiqisi oldu. " Musiqi sevgidir , Sevgi Musiqidir , Musiqi həyatdır və və mən öz həyatımı sevirəm .Təşəkkürlər   və gecəniz xeyrə" deyən qrup üzvi Aj-Mclean -dən danışmaq istəyirəm.Tək onun haqqında yazmağı düşünsəm də sonra fikirləşdim ki onu BSB -sız ,BSB -nı da onsuz təsəvvür etmək olmaz.Beləcə qrup halında olan musiqilərdə blogda yer alacaq. Hər istedadın özünün mənfi cəhətləri var.Əgər kimsənin şəxsi həyatında nəsə çatışmırsa bu  bizə haqq vermir ki onu bəyənməyək və yaxud hə...

Musiqi

Musiqini və onun özü ilə gətirdiyi məyusluğu ,ovaqtı ,çılğınlığı sevirəm.Geridə qalan hər saniyələrdə əylənməyi,özümdən çıxmağı,musiqi ilə ağlamağı,gülümsəməyi də sevirəm. Mus mus deməkdənsə mustafa deyək .Bəzi melodiyalar tapmışam son bir-iki həftədir onlara qulaq asıram .Onları sosial şəbəkələrdə ayrı-ayrı vaxtlarda paylaşsam da blog da qruplaşdırmaq istədim.Odur ki ,bir az musiqi ilə yaşayaq,ovqatımız gah yüksəlsin gah da məyusluq bizimlə olsun. Başlayaq yüksək ovqatdan.Bütün notları darmadağın edək.))) MY DARLİNG James Blunt-carry you home  -bir az da hisslərimizə təsir etsin,düşünməyə məcbur etsin bizi musiqi passsenger -let her go  -doğmalarımız üçün darıxaq indi də The wanted-we own the night  -məyusluğun və darıxmağın ardından qəfildən əhvalımızı yüksəldək.Bax budur musiqinin gücü. Michael Jackson-you are my life  -keçən ərəfələrdə musiqi ilə yaşayan bu insanın ad günü idi.Şərhlərdə bizimkilərin müqayisə etmək damarları tutmuşdu.Anlayın başa düşün...

Kiber cəhənnəmin təsviri

"Nəyinsə ölçüsünü bilmirsənsə ,onu idarə etmək çətindir"deyib blogumuzu yazmağa başlayırıq.. Gmail mail qutuma baxıram-231 mesaj almışam .Hamısı da google alert,müəyyən izlədiyim blog qruplarından ,ha baxıram Facebookdan kiminsə ad gününün bu gün olduğunu xəbərdarlıq edir.Twitter -də isə kimsə məni follow etmək istəyir.Linkedin.com -dan xəbərdarlıq gəlir ki,ingilis ,rus ,ən əsası öz dilində yazmağı bacaran (bu aralar işəgötürənlər arasında yaman dəbə düşüb bu ifadə)) Azərbaycanın bütün ərazilərini qarış-qarış bilən kimsələri işə dəvət edir.Öz bacarıqlarımla müqayisə edirəm.Mən öz ölkəmin hər qarışına bələd deyiləm.Deməli hələki potensialım ilə istəklərim üst-üstə düşmür.Əl qərəz. Fb da kimsə mənə mesaj yazıb ,səhifəni açıram ,mesaj qutusuna baxıram.Türk arkadaşlarından biri nasısın deyə yazır.Kimsə də mənasız smile göndərib.F5 basıb səhifəni çevirirəm .Twitterə baxıram .Musiqini səsini artırıram.Rəqs etmək istəyirəm ,sonra fikrimdən daşınıram .Bloguma nəzər salıram .Adın...

Qaranın rəngi(Ohh İ am sorry)

Dərs prosesində tələbələrdən biri qara dərili deyə yarızarafat elədi.Həmin gün qonağımız olan teleaparıcı dedi:Onlardan birinin yaninda onlara belə xitab etsəz sizinlə çox ciddi mübahisə edərlər.Onlar afro-americalıdırlar ,qara yox. Nəsə üstündən bir müddət keçdi ,təsadüfdən Sting ilə bir afro-americalı oxuyurdu.Düzü Stingə görə qulaq asdım .Əks  oldu afro-americalı məni heyran etdi.USA -də idmanda və musiqidə uğurların çoxusu elə onların adları ilə bağlıdır bunu bilirdim ,amma maraqlanmamışdım onların bu üstünlükləri nələrdən ibarətdir.Tanışlıq bu günə qismət imiş.Bu arada yolda çox iti danışıqlarına qulaq asmaq üçün arxalarıyca düşdüyümüzdə olmuşdu.Bakının Küçələrində(amma onlar heç nəyi düşünmədən çox ciddi danışırdılar.Bizə əhəmiyyət belə vermədilər))) Qayıdaq kəşf etdiyimi düşündüklərimə:İndi yazdıqlarımı da bir afro-americalıya qulaq asaraq yazıram. Montell Jordan-Bottom Line Onun life after death albumundan parcadır.Afro-american musiqisində müəyyən bir ritm var. ...

Musiqi və mən

Musiqi insanların daxili hissləri ilə və də insanların elə özləri ilə birbaşa olaraq bağlıdır.Kimsə mənə filan musiqini dinlə desə ,qəribədir melodiya məhz onu ərsəyə gətirən ilə deyil də,elə həmin insanın adı ilə bağlanır.Nə vaxtsa təkrar-təkrar onlara qulaq asanda həmin insanlar yadıma düşür,və də həmin an nələr hiss etdiklərim.İnsanların sözləri,simaları yaddaşıma həkk olunur məhz melodiyalarda onları daha da kəskinləşdirir.Əgər kimsə musiqiyə ovqatını dəyişmək üçün qulaq asırsa,Mən isə həmin insanları qeyri-ixtiyarı olaraq yada salmaq üçün bunu edirəm.Belə bir sual doğa bilər?Sən keçmişin ilə yaşayan insansan -Qəti deyə bilərəm ki ,bu əsla belə deyil.Aşağıdakı melodiyaların isə mənim üçün xususi yeri olub-Təbii ki insanların da.