Pəncərədən səmaya baxıram.Qaranlıqdır .Hansısa ulduz sönəcək qədər parıldayır.Hardasa oxuduğum mövhimi inanc yadıma düşür.Onu da xatırlayıram ki,bu inancı beş il bundan qabaq da sınaqdan keçirtmişdim.
Ulduz bərkdən yanır ,sonra söndü.İnsan həyatı da belədir.Həmin ulduzu da bir dəfə yanıb sonra sönən insana bənzədirəm.Birincidən nəsə gözləyə bilərsən,ikinci hal isə ümidsiz vəziyyətdir.Arzu tuturam tez.
İndi səmaya baxıram ,amma səma sanki boşaldı,heç bir izdə qalmadı.Utanıram!Nəyinsə məhv olması üzərinə arzu tutmuşdum.
Düşünürəm!......
Səma boşdur.Bomboş.Fikirlərimdən ayrılıram.Mail qutuma baxıram.Dostum hər şeyin yaxşı olduğunu yazır.Sevinirəm.Mənim necə olduğumu soruşur.
Məhv olan nəyinsə üzərinə arzu tutdum bu gün.
-Gülür.Məhv olan nə idi.
-Ulduz.
-Sən inanclara inanırsan?
-Qətiyyən yox!
-Arzunu soruşmazlar yoxsa bilmək istərdim.
-Arzum bəsitdir.
-Dürüstlük!
Comments
Post a Comment