Activizim ifadəsi əleyhinə Slackactivism ifadəsi yarandı.Bu isə internet əleyhinə yaranmış fikirdir.Slacktivistlər deyir,inqilab etmək istəyirsənsə çıx küçəyə,internet üzərindən inqilab etmək cəhdi boş xülyadır.
Martın 27 -də atdığım twittdir.Yoxsa bu ifadəni yaddan çıxarmışdım .
Müsbətdən başlamaq istədim.Yəni sosial media işimizi rahatladır,Əmma var ki bu eyni zamanda olarları və olmazları da yaradır necə?bax belə.....
Yenə də lirik ricət edək.Bir yerdə oxumuşdum deyirdi zaman dəyişdikcə eyni hadisələrin inkişafı da başqalaşır,deformasiyaya uğrayır.Məsələn İnsanlar arasında ünsiyyət olub,sonra bunu texnikanın üzərinə köçürmüşük .Beləcə ünsiyyət yaratmaq üçün müxtəlif vasitələr yarandı əlimizdə.Bəs online liğın yaratdığı fırıldaqçılıq və fəsadlar nələr gəlin bir sistemə salmağa çalışaq.
1-Gördüyün yazını asanlıqla bir düyməyə basmaqla görünməz edə bilirsən.Yəni sənə nə mesaj sərf edir misali.
2-Online da olsan belə yenə aldatmaq rejimi səni offline kimi göstərir,gizlənərək hər kəsi izləyirsən.
3-Mənasız smile-lar bizim ruhi vəziyyətimizi izah edir,yenə insanları aldadırıq.Virtuallığın qaydası əgər ciddi bir şey yazmısansa mütləq smile qoyulmalıdır,yoxsa bu sonra realdakı insanlarla olan dostluğu pozacaq.
4-Elə edə bilərsiz ki,axtarış bölməsində də sizi tapa bilməzlər.
5-Kefin istədiyi qədər profilin ola bilər ,bu sənin şəxsi təşəbbüsündən asılıdır.QISA ROLİK
6-İnternet əlaqəsinin pozulduğunu bəhanə gətirib mesajı ötürməyi ləngidə bilərsən.
7-İnsanlar arasında güvən bir -birilərinin açar sözlərini bilməklə sərhədlənir.
8-Dostluqdan çıxarma agresiya yarada bilər o da səni buna qarşılıq blok edər.
9-Ünsiyyət virtuallaşar .Realda görüşəndə danışmaq üçün sözlərin zəncirvarı sistemini qurmaq çətinlik yaradar.
10-Hər şeyi əlçatan hala gətirər .Olmazlar asanlıqla olarlara çevrilər.
Slackactivist deyiləm amma bəzən activizim ilə slackactivistlər arsında orta mövqedə dayanmaq məcburiyyətində qalıram.Onu da vurğulayım ki ABŞ da hər 8 cütlükdən 1-i online münasibət qurub
evlənirlər.Məncə yuxarıda sadaladıqlarımı düşünüb buna dur demək olar.! Virtualdakı insanlarda realdakıdılar,Yenə əmma çıxır ki virtuallıqdan reallığa keçmiş ünsiyyət çox vaxt davamlı və etibarlı ola bilməz.Səbəb insanlar arasınada asanlıqla ünsiyyət doğmalığı yaratdığı kimi ,yadlaşmağı da yarada bilir.Mən şəxsən bu fırıldaqçılığın qurbanı olmaq istəmərəm.
evlənirlər.Məncə yuxarıda sadaladıqlarımı düşünüb buna dur demək olar.! Virtualdakı insanlarda realdakıdılar,Yenə əmma çıxır ki virtuallıqdan reallığa keçmiş ünsiyyət çox vaxt davamlı və etibarlı ola bilməz.Səbəb insanlar arasınada asanlıqla ünsiyyət doğmalığı yaratdığı kimi ,yadlaşmağı da yarada bilir.Mən şəxsən bu fırıldaqçılığın qurbanı olmaq istəmərəm.
Comments
Post a Comment