Bu gün başqa cür oyandım yuxudan,həmişəki kimi deyildi.Pəncərədən boylanan günəşə də ,onun otağımı işıqlandıran işığına da baxıb xoşbəxtlik duyurdum.
Bu gün həmişə ki kimi deyildi.Bütün otağı xoş ,rahatlatıcı melodiya bürümüşdü.Bu gün yalnız da deyildim.İçimi bürüyən şirin bir təlaş vardı.İnana bilmirdim ki kiminsə sevgisi məni dəyişdirə bilər.Xoşbəxtlik duyurdum.Gecədən bəri davam edən və heç bitməsini istəmədiyim anlar idi.
Bu gün həmişə ki kimi deyildi!İnsanların dediklərinə əsəbləşmir,özümü sakit və təmkinli aparırdım.
Bu gün həmişə ki kimi deyildi.Dəyişmiş ,başqalaşmış,sevincim artmışdı.İnsanlar qədər əşyalar da gözümə başqa cür dəyirdi.
Bu gün həmişə ki kimi deyildi!İnsanlarda xoşbəxt idi,sanki mənim sevincimlə onlarda sevinirdilər.Birinci dəfə idi bunu görürdüm.
Küçələri dolaşdım.Divarlar da dəyişilmişdi,sanki iki gün bundan əvvəl gördüyüm kimi deyildilər.Hər tərəfdə xoş hissləri ifadə edən sözlər yazılmışdı.Ən əsası da onun adı.
Bu gün həmişə ki kimi deyildi!Soyuq daşın üstündə oturan dilənçinin də üzündə gülüş görürdüm bu gün .İnsanların içində kin,qısqanclıq,xəyanət axtarmırdım ,axtarmadığıma görə onları görmürdüm bu gün.Onlar dəyişmişdilər mənimlə birgə.
Hər kəsə kömək etmək istəyirdim.O qoca satıcının bütün meyvələrini almağı,küçə ilə gedən yaşlı qadına əl uzatmağı,dilənçiyə pul verməyi(mən həqiqətən dəyişmişdim-çünki normalda bu qətiyyən ola bilməzdi!)istəyirdim.
Bu gün həmişə ki kimi deyildi!Bir həftə bundan əvvəl məyusluqla gəzdiyim küçələrdə yayın ürəkbulandıran həyasızlığı yox idi.Skamyalarda əyləşən sərxoşlara da haqq qazandırırdım bu gün.
Cəmiyyət onun insanlarını sevirdim.
P.S lazım olan vaxtda ,lazım olan insana sevginizi verməkdən çəkinməyin.Hər şey dəyişdi bəlkə .Onu xoşbəxt etdiz bax.Bu dəfə də o insanları xoşbəxt etmək barədə düşünəcək.

Comments
Post a Comment