Biz cənnətdə görüşə bilsək sən mənim adımı xatırlayacaqsan,Hər şey eyni olacaq mən səni cənnətdə görsəm?Mən Güclü olmalıyam çünki mən cənnətə məxsus deyiləm.Mən səni cənnətdə görsəm mənim əlimi tutarsan?Dayanmağıma kömək olarsan mən səni cənnətdə görsəm?Gündüz və gecə mən öz yolumu tapmalıyam çünki mən cənnətdə qala bilmərəm.
Xahiş edirəm dua elə dua elə!
Son bir həftədir ki ,Eric Claptona qulaq asıram .Bir az kədərlənirəm ,bir az sevinirəm.Sonra hardansa adını belə bilmədiyim hansısa musiqi alətinin səsinin gitara ilə ahəngini duyub xoşbəxtlik duyuram.Yolda ,metroda ,cürbəcür insan selinin içindən keçərək dinlədim onun melodiyalarını .İnsanların fikirləri məni bezdirmişdi .Kənara çəkildim "On "düyməsini basdım .Budur o bəşəri melodiya qulaqlarımda səslənir.Ruhumu oxşayır.İtirdiyim insanları xatırladır.Geri qaytarmaq istəyirəm amma sadəcə dua eləmək əlimdən gəlir.Başqa heç bir şey edə bilmərəm.Dua edirəm! Dua edirəm! Dua edirəm!
Bilirdim bu melodiyada nəsə kədər gizlənib.İnsan kədərli olanda öz istedadını ortaya qoya bilir.TEARS İN HEAVEN kimi.Bu melodiyanı da Claptona kədər məcbur eləmişdi ki yazsın.
NƏSƏƏƏ
ERIC Clapton 1945-ci il,martın 30 -da İngiltərədə doğulub.O blues-rock gitarist,bəstəkar,müğənnidir . Mahnı sözləri də yazır.Onun xalis dəyəri 200 milyon dollardır.O həmişə Rolling Stones Top-unda 100 sənətçidən #53 sıralarda qərarlaşmışdı.17 yaşı olanda özünün ilk "The Roosters" adlı qrupuna qoşulur.1966-ci ildə 60-ların ən yaxşı rock qrupu olan "Cream " təşkil edir.Clapton 1967-ci ildə Cream qrupunun tərkibində İlk dəfə ABŞ-a səyahət edir.Bu qrupun ömrü uzun olmur.Grupun üzvlərinin arasında konfiliktlər başlayır ,eyni zamanda da üzvlər alkoqol və narkotik aludəçisinə çevrildiyindən qrup uzun yaşamır.1968-ci ildə dağılır.
Uğurlu səsyazıları isə LAYLA və CROSSROAD-dır.Clapton Patti Boyd ilə evlənir.1984-cü ilə İKİNCİ könül macərası yvonne Kelly ilə olur .1988-ci ilə qədər isə boşanmır.İtalyan modeli Lory Del Santo -dan oğlu Conor dünyaya gəlir.Conor 4 yaşında olarkən dostunun 53 -cü mərtəbəsindən düşərək öldü.Clapton Tears İn Heaven (oğlu Conora xitab olunub)adlı onun ölümü ilə bağlı müsiqi söylədi.Bu gün Clapton Melia McEnery ilə evlidir və üç qızı var.

Comments
Post a Comment