Kiminsə yerinə,və yaxud hansısa bəşəri məqsədlər üçün özünü qurban verə bilərsənmi?
Məncə hamıda o ürək yoxdur.Elə 13-cü stulda oturan adam kimi. Sevmək deməkdə elə buna bənzəyir,Sevirsən amma heç bir fədakarlıq eləmirsən.Zaman keçəndən sonra isə heç yadına da düşmür.Məzarının olduğu yeri belə unudursan.
Məgər tanrı insanı yaradanda ona müqəddəs hisslər verməmişdi.Yoxsa özümüz dəyişildik,başqalaşdıq bizə düz yol göstərən amma özü çəp yollardan istifadə edən iblisəmi uyduq?
Tanrı insanı belə bəsit yaratmamışdı.Yalnız özünü düşünən xudpəsənd insan.!
Bəlkə məndə belə deyiləmdir.Heç sevə də bilmərəm,kiminsə uğrunda özümü qurban da vermərəm.Mən də hardasa iblisəm! Bu gedən haqqında xoş sözlər deməyə bənzəyir.Bəşəri də deyiləm .Gündəlik qayğılarımla yerimdəcə sayıram..Əslində insan bu qədər bəsit deyildir.
Henrix İbsen yazır ki,insan özünü aldadır nələrləsə və bu da insanı gələcək üçün yaşadır.Yoxsa həmin insan çoxdan məhv olmuşdu.13 -cü sırada oturan insan kimi.Əslində özü də bilir ki ,o kimdir,heç bir bacarığı da yoxdur .Özünü aldadır ki bir az daha çox yaşasın.Necə də özünü düşünür insan.Gələcək üçün qayğılanır.Yalmar Ekdalda heç vaxt Hedviq kimi fədakarlıq edə bilməzdi.Bacarmazdı.Halbuki özünü öldürmək üçün əlinə iki dəfə şans düşmüşdü.O isə özünü saxtakarcasına bəşəri məqsədlər üçün yarandığını iddia edir ,elə hey nəsə cızmaqara edirdi.Əslində heç nə bacarmırdı.
Fədakar olmaq üçün kimisə çox sevməlisən.Sevmək sözü sözlərdə qalmamalıdır.Bax o zaman umumi xoşbəxtlik naminə özünü qurban verə bilərsən.
Comments
Post a Comment