Hava küləklidir.Bir az soyuqluqla yanaşı doğmalıqda duyulur havadan.Uzun müddət idi uşaqlığım barəsində düşünmürdüm ,amma havanın yaratdığı ovqat və pəncərədən uşaqları müşahidə etməyim,qeyri-iradi olaraq məni uşaqlığıma qaytardı.
Dərhal öz uşaqlığım ilə müqayisə eləməyə başladım.Mən də olsam belə dəcəllik edərdim,mən də olsam belə doyunca qışqırardım,mən də olsam dostlarım mənimlə olmadıqlarına görə anama şikayətlənərdim.O da ay bala sən ki onlara bağlı deyilsən,həm də yoxdularsa gəl evə deyərdi.
Mən isə skamyada günəşin qızmar şüaları altında oturub ,onların indicə həyətə düşəcəklərini mənimlə oynayacaqlarını düşünüb gözləyərdim.Bu gün onlar olmadıqlarına görə günüm də şən keçməzdi.Bu hadisə sonra gəncliyimə də öz təsirini göstərdi.Həyatımdan həmişə kimlərsə gedəndə acı məyusluq duydum,amma onların xəbərləri belə olmadı.
Mən uşaq ikən o göydə uçan adını belə düz -əmməlli deyə bilmədiyim texnikaya baxıb qışqırardım.Sa-mal-yot,ver-tal-yot.
Bu uşaqlar isə fərqlidilər.Onlar bu texnikanın uğultusuna qulaq asıb ,gözlərrini qaldırıb göyə baxmırlar bu maraqlı əyləncə deyil düşünürlər.
Bir az səxavətli,dostcanlı,ünsiyyətcil biri idim uşaqkən.Sonra böyüdükcə bunların yerinə özünə qapalılıq ,dostlardan uzaqlaşmaq tutdu.İnsanlar onların fikirləri məni bezdirirdi.Tək qalmaq istəyirdim bu dəfə.Sonra fikirlərim dəyişilirdi,Kİmsə çıxıb doğruluğuna inandırırdı məni öz səssizliyimdən uzaqlaşdırmaq istəyirdilər.
Mən yenə uşaqlığımdakı kimi şən ,ünsiyyətcil,səxavətli birinə çevrilirdim.Sonra həmin insan gedişi ilə uşaqlıqda duyduğum sevinci də özü ilə aparırdı Və mən əvvəlki mən olurdum.
Uşaq olsa idim biri-birimizin arxasıyaca düşüb ,tutmağa çalışar ,yıxılar duraradıq .Hər dəfəsində isə bu yaralar o qədər incitməzdi.Yaraların qabıq bağlamasını günlərcə,həftələrcə izlərdik.Gənclik də isə bu yaraların qabıq bağlamasını izləmək ,özünü hər dəfəsində unutmağa bərabər idi.Daha çox yara alırdın ,bir o qədər də özündən uzaqlaşırdın.
Uşaq olsa idim gizlənqaç oynayardıq .Sırf bizi heç kim tapa bilməsin deyə yeddinci mərtəbədə yaşayan rəfiqəmizin evinə gedərdik .Pəncərədən baxıb ,məyusluqla o tərəf-bu tərəfi axtaran dostumuza nisbətlə gülərdik.
Uşaqlıq xatirələrim ,dostlarım da çox idi.adi şeylərdə bizi xoşbəxt edirdi .Gənclik də bunların yerini xəyal qırıqliqları aldı.
Uşaq olsa idim xəyal qırıqlığı adı verdiyim məfhuma gülüb keçərdim.Uşaqlığımı ,dostlarımı özlədim.Həmin dövrdəki balaca dostlarımı.
İndi hər biri gənc qızlardır.Salam,necəsən?sözlərindən başqa aramızda dialoq olmur.Həyat nə qəribə böyüdükcə hər kəs ilə yadlaşırsan .Elə bil ki həmin insanlar ilə əylənib,deyib gülən sən deyildin.
Əminəm gəncliyimdən qalan insanları da görən də eyni soyuqluq məni müşahidə edəcək.Axı insanlar sabit qalmır dəyişilir
Comments
Post a Comment