Skip to main content

Posts

Showing posts from 2014

"HƏYAT EŞQİ"

Cek Lendonun qısa bir hekayəsi var. Bu hekayə “Həyat eşqi” adlanır. Həmin hekayədə qəhrəman çıxılmaz vəziyyətdədir, ölüm onu hər an haqlaya bilər. Qarşısına xəstə, qana susamış canavar çıxır. Düşünür və deyir: Ölə bilərsən, amma bu ölüm daha şərəfli olmalıdır (xəstə canavarın əlində ölüm istisna olmalıdır). İndi vəziyyət o yerə çatıb ki, bizlər doğmalarımızın başına hər an nəsə gələcək deyə qorxuruq. Məsələn bu gün gördüyün biri  haqqında sabah eşidə bilərsən ki, həmin insan həyatda yoxdur. Təəssüf hissi ilə ölüm səbəbini soruşarsan. Ölüm halında belə gülməli vəziyyət yaranacaq. Avtomobil qəzasında ölüb, intihar edib, xərçəng idi, filan küçənin tinində öldürdülər, əsgərlikdə vurulan atəşdən dünyasını dəyişdi,dənizdə boğuldu  və s . Düşünürsən, nə qədər bəsit və adi ölümlərdir.  Əvvəllər insanlardan soruşurdular ki, hansı ölüm hallarından qorxursan? Onların cavabları  isə ən gözlənilməz ölüm halları idi. İndi səbəblər də bəsitləşib. P.S Odur ki, itirmək qorxusu ...

6 aydan sonra 23 yaş

23 Sentyabr. 6 aydan sonra 23 yaş . Bu şəhərin küçələrindən keçəndə, evimizə gedəndə, qonşu satıcıdan çörək alanda nə üçün burdayam sualı məni düşündürür. Küçədən keçəndə qadının”Nə gülməli vəziyyətdəyik” deməsi, hər xırda məsələ üçün deyinən insanlar, səhər mənzil başına çatmağına mane olan tıxac və s məni narahat etmir. Düzünü deyim nə vaxt gözümdən düşdün. O vaxt ki, aşsüzən kimi insanları seçib qarşıma çıxaranda. Bir daha başa düşdüm ki, biz bir-birimizə yadıq.

"Unudulmağım mənim vecimə də deyil"

Belə nəticəyə gəlirəm ki, insanlarımız çox incikdilər. Gedin toz basmış auditoriyalarda dərs deyən bir pedaqoqu danışdırın, görün nə qədər incikdi. Yəqin indi düşünəcəksiz hər hansı birinin incik olması kimin nəyinə lazımdır. İnandıram ki, o hər hansı biri dediyinizin bizim yaşımızdan da çox həyat təcrübəsi var. Yəni deyəcəyim insanlar bir-birilərinin əməyini dəyərləndirməyi bacarmalıdırlar.Bu gün pulun, vəzifən ola bilər. Sabah isə unudulmağın inan sənin özünə də pis təsir göstərəcək. Ətrafımızdakı insanları heç olmasa dinləyək, başa düşməyə çalışaq. Yoxsa bir gün sən də toz basmış auditoriyalarda yaxud bunun lap pis versiyasında unudula bilərsən. 

Haqlısansa, fikrimi sübutlarınla dəyiş

Əgər sən fikrimi dəyişmək üçün heç nə etmir, bunu mənim öhdəmə buraxırsansa deməli mən fikrimin üstündə qalmaqda haqlıyam. Sən haqlısansa fikrimi sübutlarınla dəyiş.  Heç də qarşındakı geri zəkalı, aldadılmağa hazır olan biri də deyil. Və yaxud sənin olduğun status mənim fikrimi dəyişməyə sövq edə bilməz. Sən sadəcə qarşındakına bəzədilmiş, şablon sözlər verə bilərsən. P.s arada olur

“Xoşbəxt ürəklə ölürəm”

-İnsanların öz ağılları yoxdur ki, kütlələrin arxasıyca gedirlər. Tək də kütlələrə qarşı çıxa bilərsən. -Əgər sənin yaşadığın cəmiyyətdə hamı eyni nəsəni ritmik şəkildə edirsə, sən də kənarda qalmayım, aşda duzum olsun deyib onlara qoşulursan. İnan kənarda qalmaq olmur. 90-cı illərdə hamı nəsə etməyə çalışırdı. Mən isə qardaşımın uşaqlarına baxmalı idim. Onların təhlükəsizliyinə görə mən cavabdeh idim. Eyvana çıxıb ətrafa baxmaq istəyirdim. Elə bunu etmişdim ki, “Kişi deyilsən evdə oturmusan” sözlərini eşitdim. İnanın üstümdə nəsə məsuliyyət olmasaydı mən də həmin hadisələrin aktiv iştirakçısı idim. Bəlkə də həlak olmuşdum. Kütlə psixologiyası deyilən anlayış var. Həmişə dediyim  sözlərimin üstündən qara xətt çəkirəm. Ona görə xətt çəkmirəm ki, mən haqlı deyiləm, ona görə çəkirəm ki, bu gün izlədiyim sənədli film fikirlərimi dəyişdirməyə kömək oldu. Həmin sənədli film yaxın silahdaşının dediyi kimi “Səni çox sevirəm, çünki sən həm böyük, həm də sadəsən. Bu ancaq dahilərə məxsu...

Üzündə xoş təbəssüm olan xəstə uşaq

Hər tərəfi səsi bürümüşdü. Bu səs fikirlərimin nizamsızlığına səbəb olurdu. Hətta çevrilib sakit durun xahiş edirəm demək istədim də. Sonra eyni səsin eyni tonla davam etdiyini eşidən də dözmədim çevrilib baxdım. 8-9 yaşlarında, saçlar qırxılmış, sözləri doğru- dürüst də ifadə edə bilmir. Hiss edirəm ki əzab çəkir. Amma üzündə bütün bunlara baxmayaraq xoş təbəssüm . Hətta bir ara eyni təbəssümlə yaşlı kişiyə gəl yanımda otur deyə təklif də etdi. Valideynini də incidirdi, amma ana da o qədər səbr var idi ki, bəlkə də uşağa stimul verəndə həmin ana idi. Yol boyu bunları fikirləşdim. Sonra evə getdim həmin ananı, xəstə uşağı unutdum.

Hörümçək və ağcaqanad

Yarı uçuq vəziyyətdə, divarları toz basmış hamamda çimərkən gözü ağcaqanad ilə hörümçəyə sataşdı. Yayın bu eybəcər istiliyi özü ilə insanlara faydasız olan həşərat tiplərinin də canlanmasına səbəb olmuşdu. Öz-özünə düşündü "İnsan ilə bu məxluqlar daim harmoniya şəraitində yaşayırlar. Şikayət də edə bilmirlər, çünki bunun üçün insan xilqəti kimi nə ağızları, nə də sözləri var”. O başa düşmürdü ki, bu iki fərqli həşəratı bir-birinə nə bağlaya bilər.Bəlkə ətrafdakı digər ağcaqanad sürüsünün ona laqeydliyimi, yoxsa hörümçəyin ona olan vəhşi instinktimi onları yaxınlaşdırırdı. İsti suyun altında bu iki eybəcər məxluqu düşünmək ürəyini sıxırdı, amma sonunu gözləyirdi, hətta işini yekunlaşdırmışdı, amma ləng hərəkət edərək işin sonunu gözləyirdi. Amma təəssüf ki, heç bir şey onun istədiyi kimi olmamışdı. Hörümçək vəhşi aclıq ehtirasını boğmuş, ağcaqanada azadlıq vermişdi

TARİX YARADANLAR

            1923-c ü il sentyabrında M.Ə.Rəsulzadə İstanbulda mühacirət mətbuatının əsasını qoyur.Jurnal isə "Yeni Qafqasiya" adlanır.Onun Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan Qolubkaya ünvanladığı məktubda mühacirət mətbuatı problemlərinə toxunur və yazırdı: "Siz haqlısınız ,pul azdır,amma çox lazımdır.Pulları havaya sovurmaq lazım deyil.Gördüyünüz kimi ,biz onları havaya sovurmuruq".(Az.mətbuat tarixi antologiyası-mühacirət dövrü,3-cü cild,səh 132). Özü İstanbulda ,ürəyi isə Vətəndə olan Rəsulzadə Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsi üçün  "Yeni Qafqasiya" jurnalında çağırış xarakterli məqalələr yerləşdirirdi. O,Polşa rəsmiləri ilə olan məxfi yazışmalarının birində məsələ ilə əlaqəli yazırdı."Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq ,mən artıq nəinki "Yeni Qafqaz" jurnalında bir sıra çağırışlar yerləşdirmişəm, hətta işin müdafiəsi üçün məqalələr də yazmışam.(Az.Mətbu...

Zibillik üçün olan informasiyalar

Əgər bir zamanlar insanlar informasiya almağın aclığını çəkirdilərsə ,bu günlərdə  isə onlar lazımsız məlumatlarla beyinlərini doldurmaq istəmirlər.Yəni onlar o qədər boldur ki,seçim şəxsin özünə buraxılır.Küçədə getdiyin yerdə belə yeni hadisənin şahidi olursan   eşidirsən. Bəzən "Məlumat Bürosu" xarakteri daşıyan internet ,TV ,qəzetlərdən  uzaq qaçmaq istəyirsən. Həyatda yaşaya  ,baş çıxara biləcəyin qədər  bilməlisən.Bütün bunlardan qaçmaq isə yuxarıda nümunə göstərdiyim filmin epizodunu xatırladır.Ata xaricdə təhsil almış ,hələ də oxumaq sevdasında oğluna -Yaşaya biləcəyin qədər bil deyirdi. Umumən çox bilmək ziyandır.Ziyan olan əlbəttə təhsil deyil.Özünü yeni lazımsız informasiyanı bilməyə məcbur etməkdir.Məsələn hansısa fikri kimsə nə vaxtsa deyib,kimsə nə vaxtsa şedevr  musiqi bəstələyib.Beləliklə onların kopyasını oxumaq ,dinləmək lazımsız məlumat kimidir.Misalçün bəzən sual verirlər -Bizimkilərdən kimləri oxumusan ? Mütailə etdiklərimi...

Səfil Milyonçu

Mən acam. Motsart səslənir. Pul da istəyirəm. İşıqlar sönür. Bütün bunlar ürək bulandırır. Lənətə gələsən səni ,Bütün həyatımı əlimdən aldın. Motsartın parçasını ifa edən gənc pioninoya daha bərk vurur.Hisslərlə bərabər ,ürək döyüntüləri sürətlənir. Saymağa başla Bir - De görüm bir. Eşitmirsən bir de! Uşaq ağlayan səsiylə -Bir . Sən ailə qurmamısan ,başa düşürsən .İndi mənə yemək və pul ver. Tez ol!  Səninlə deyiləm de iki. Süküut çökür ,sonra eyni səslər pəncərədən evə çökür. Motsart səslənir. O sərsəm də elə düşünür ki ,hər şeyi dəyişəcək hə? Uşaq dörd deməmiş əlinin tərsiylə isti,ağrıdıcı əzabı hiss edir. Motsart dayanır sükut  çökür.

"İnamı dilənçi kimi sədəqə istəmirlər,onu qılıncla alırlar"

Çərşənbə axşamı .Əlimdə bir həftə bundan qabaq oxuduğum sonra hansısa səbəblərdən yarımçıq qoyduğum kitab.Kitab belə adlanır -Xəzər sözlüyü.Yadımdadır hələ 40 səhifəsini oxumuşdum ,amma kitabı oxumuş insanlardan -Bu kitab nə üçün yazılıb soruşurdum?Bu əsərin yazılmasında məqsəd nədir?Və yaxud Xəzər xaqanlığı qismində bir ölkənin hansı dini qəbul etməsinin bu qədər öyrənilib,araşdırılmasının nə əhəmiyyəti var? Səhifələri vərəqləyəndə Milorad Paviç(Əsərin müəllifi) qeyd edir di ki ,əsəri hardan oxumanızın elə də əhəmiyyəti yoxdur.istəsəz lap ortasından da başlaya bilərsiniz və yaxudda ona əlavələr edə bilərsiniz.Kitabi yekunlaşdırdım.Sonra hadisələri zəncirvari qruplaşdırmaq istədim.Nədənsə hər şey təzadlı qaldı.Müəllifində qeyd elədiyi kimi bu dəfə kiatbdakı surətləri əlaqələndirməyə çalışmaq üçün kitabın əvvəlinə,sonuna,ortasına qayıtmalı oldum. Bir şey aydındır ki əsərdə Avram Brankoviç ,Atex ,Xəzər Xaqanının,Yusif Məsudinin adları tez-tez çəkilir.Nəzərinizə çatdırım ki əsər üç h...

Saatın əqrəbləri necə də asta hərəkət edir

Xoşbəxt ölüm -Məgər ölümün də xoşbəxtliyi olur? Fərqi yoxdur xoşbəxtiyi qırxında yaxalamısan və ya xoşbəxtliyi yaxaladığın anda ölüm səni haqlayır-Bunların heç birinin fərqi yoxdur .Əsas odur ki insanların xoşbəxtsənmi verdikləri suala -Bəli sizin adını qoyduğunuz xoşbəxtlik məfhumunun özü qədər xoşbəxtəm-Deyə bilirsən.Yenə də fərqi yoxdur qarşındakının və yaxud sizin xoşbəxtliyə yanaşma tərziniz necədir,onu necə başa düşürsünüz. Başqa tərəfdən insanların sənə bəzəkli xonçada sunduğu xoşbəxtliyə əlinin tərsiylə geri çevirisənsə deməli İnsan Kimi Yaşayırsan.Özünün arzuladığın həyatı seçirsən .Orta həyat yaşamağa yaşamaq kimi baxmırsan -Yaşayırsansa yanmalısan deyirsən. Merso əsər boyu Günəşi axtarır .Marselin,Vyananın küçələrində gəzib tənhalığına həndəm ola biləcək Günəşlə sazişə girmək  istəyir.Uzaq Avropaya Günəşi axtarmaq üçün yola düşür., onu ölkəsi Əlcəzairdə tapır,amma Patrisi Mersonun tapdığı Günəş öümlə mübarizə apararkən boğazında ilişib qalmış daşa müqavimət olaraq sü...

Bir güllə ilə ölən ümid

-Bizim evimiz ,toyuq-cücəmiz ,dovşanlarımız olacaq ,Corc elə deyil?Bir az onlardan danış ,Corc -Bax ,Lenni bizim o çayın kənarında evimiz olacaq. Əsər boyu bu iki nəfərin dialoqunun şahidi olursan.Söhbətin məğzi isə eynidir.Gələcək üçün ümid etmək.Pisdən söhbət gedə bilməz,yaxşılıq üzərində qurulan xoş xəyallar. Əsəri oxumağa başlayanda Lenni obrazını beynimdə canlandırıb "İnsan nə qədər axmaq olar düşünürdüm".Lenninin müstəqil qərar verdiyi situasiya yoxdur,qərarsızdır,Xarakteri ilə güclü görünüşü arasında təzad var.Süjet boyu onu çox danışan görmürük.Danışsada oxucu artıq bilir ki o növbəti dəfə nə deyəcək.Bəs onda yazıçı nə üçün əsas süjet xəttini bu obraz üzərində qurub?Çünki o səfeh,dinməz,harda peyda olacağını bilməyən ümiddir.Amma bu ümid işiğı o qədər zəifdir ki,arxadan gələn dost zərbəsi ilə məhv olmağa hazırdır. Belə ümid kimə gərəkdir? Əslində bütün ümidsizliyə qarşı Con Steynbekin yaratdığı obrazdır.Lenni mənə "İdiyotu","Don Kixotu"...

Medalyonun üstünə qar yağır

Nəsə ağlına gəldisə sinəsindəki medalyonu qırıb yerə atdı.Kənardan kimsə onu müşahidə etsə idi düşünərdi ki,"o nədənsə qurtulmaq arzusundadır.Elə bu səbəbdən medalyonu hirslə dartıb boynundan atır." Bir neçə dəqiqə əvvəl dostları medalyonun ona yaraşdığını desələrdə.O bu tərifləri eşitməkdən də narazı idi.İnsanların diqqətinin onun boynundan asılmış əşyaya yönəlməsi onu büsbütün əsəbləşdirmişdi.Sanki dostları medalyona baxmaqla onun keçmişini məsxərəryə qoyurdular. Cəld yerə atdığı əşyanı götürdü,cibinə saldı.Sağa-sola baxıb əmin olmaq istədi ki onu heç kim kənardan izləmir. Çölə çıxıb qapını arxasıyca eyni qəzəblə çırpdı.Bayırda ara vermədən qar yağırdı.Ayaqqabıları ilə sanki qarı əzir ,bütün hirsini ondan çıxırdı.Dostlarının bilərəkdən və ya bilməyərəkdən etdikləri bu saymazyana davranış onu özündən çıxarmışdı.Onları bir neçə saniyə yamsıladı."Sonya bu sənə çox yaraşır." Sonra qəzəblə növbəti qar topasını yol boyu çırpdı.Bu gün çox yorulmuşdu.Oturacağa yax...

İnsanlara diqqət kəsilməyin.Səhv anlaşılır)))

Çox sıxılanda insanları müşahidə etməyə başlayıram.Metroda,avtobusda ,küçədə.Bizim cəmiyyətdə də bir nöqtəyə çox ilişib qalanda səhv başa düşürlər.Bəzən  müşahidə etdiyim insanlarda nəyisə bəyənməmiş,filan cür olsaydı daha yaxşı olardı dediyim də olmuşdu.Təəssüf edirəm ki ,çəkmək qabiliyyətim olmadığından sadəcə düşündüklərim xəyal olaraq qalmışdı.Axı çəkmək üçün istedadın olmalıdır.Nəysə. Bu gün səhər isə uşaqlar üçün nəzərdə tutulmuş rəngbərəng ONLİNE JURNAL  ilə tanış oldum.Karikaturaların bolluğu ,yazıların əyləncəli xarakteri ilə əminəm uşaqların xoşuna gələn nəsə olmalı idi. Karikatura barədə sadəcə məqalədən oxumuşdum .Onu bilirdim ki İkinci Dünya Müharibəsi dövründə Sovetlər qarşı cəbhənin çox əcaib rəsimlərini çəkirdilər.Məsələn Hitleri qrafikanın gücü ilə alçaldır ,elə imic formalaşdırmaq istəyirdilər ki ,o qəddar,zülümkar biridir.Yəni bu karikaturanın təbliğat xarakteri daşıyan forması idi. Bizim ölkədə isə Karikatura sənəti elədə inkişaf etmədiyini düşünü...

Bizə nə təqdim olunur?

19 Yanvar sosial mediada bu hadisə ilə bağlı yazılara baxıram.FB da yazılardan biri diqqətimi çəkir.Açıb oxuyuram.Oxuduqlarım 20 il ərzində eşitdiklərim ilə daban dabana ziddiyyət təşkil edir.İttihamlarla dolu yazı,az qala qəhrəman adlandırdığımız insanların əslində heç kim -yaltaq,işəyaramaz insan olduqları qənaətinə gəlirəm. Hətta səhər blogerin yazısını oxuyuram .Deyir ki  günahsız insanlara şəhidlik statusu verilməməlidir əslində.Şəhidliklə günahsız qurban arasına yerlə göy qədər fərq var falan filan.Bu zaman arqumentlərimi ortaya atıram.İnsan amilinin mənim üçün önəmli olduğunu vurğulayıram.Şəhidlik statusu onlara verilməklə heç nə itirmirik deyirəm.əksinə insan amilinə verdiyimiz qiymətdən söhbət gedə bilər deyirəm. İzlədiklərimə əsasən belə nəticəyə gəldim ki Tv də hər il gördüklərim,sosial mediada isə təxribatçı yazılar yazılırdı.Vətəndaşlıq mövqeyini itirmiş yazılar. Beləliklə məndə belə təəssurat yaranır ki biz hələdə hansı nöqtəyə ,necə vurmalı olduğumuzu bilmirik.Hə...

10 ildən sonrakı faydasız informasiyalar

Əgər jurnalistsinizsə və də ağıllı telefonunuz varsa onu işinizin xeyrinə istifadə edə bilərsiniz.Smartfonlarınıza müəyyən applications-ları do wnload etməklıə işiniz rahatlamış olacaq.Google-da QUİXEY yazırıq -Smartfonlar ,İpad,Androidlər üçün nəzərdə tutulmuş applicationları QUİXEY-dən əldə edə bilərik.Həmin applicationlar bunlardır: 1-Evernote-Bütün məlumatları,aldığım note-ları bir yerdə save edə bilirəm. 2-Dropbox ve ya Witransfer istədiyim document-ləri send edə bilirəm.Bununlada vaxt qazanmış oluram. 3-Pixlr-Nəzərinizə çatdırım ki pulsuzdur.Məqsəd şəkil çəkib onun üzərində işləyə bilərsiz.Məsələn rəngini dəyişə ,Fərqli effectlər verə bilərsiz.Effectlərin çoxluğuna görə fərqlənir. 4-Soundcloud daha bir pulsuz applicationdur.Səsimizi yaza və rahatca share edə bilərik 5-Textgrabber vasitəsilə oxuduğumuz bir kitabın hansısa səhifəsinin bizim smartfonumuzda olmasını istəyirik.Düzdür onun şəklini çəkə bilərik,amma bu o qədər də oxumaq üçün rahat olmur.Hərfləri,sözləri seçm...

Təhlükəsizliyimiz öz əlimizdədir

Online -lıqla əlaqəsi olan hər bir insanın Online Şəxsiyyəti vardır.Bəzən olur ki,Google da  haqqımızda hansısa məlumatlar gedir ,amma bizim hər dəfə google-u kontrol edə bilməyimiz üçün vaxtımız yoxdur.Təhlükəsizliyimizi qorumaq üçün ,haqqımızda yanlış məlumatlar istəmiriksə getsin-Bu zaman Google me on the w eb saytına girib qeydiyyatdan keçməyimiz lazımdır.Mən də üzv oldum Google necə görünürəm sualına cavab axtarmağa çalışdım.Üzv olduğum saytların adları dərhal gəldi.Google me on the w eb-in alert-ını işə saldım.Gün  içində əgər google -da mənim haqqımda hansısa informasiya getmişşə onu google gmail adresimə yönləndirəcək.Əgər bu məlumatın bu axtarış sistemində qalmasını istəmirəmsə onu silə bilərəm .Qeyd edim ki başqalarının bizimlə əlaqəli  informasiya paylaşdığı halda bizə elektron poçta məlumat ötürəcək. T witter istifadəçisiyəm.T witt atd ığım hansısa informasiya asanlıqla Fb -ya da düşür.Bəzən həmin statuslar şikayət xarakteri də daşıdığı olur.Nəzərə alsaq ...

07:11, 15:08

Səhər saat 07:11. Bu səhər heç də yaxşı olmayacaq kimi görünür.Dişim ,boğazım kompleks şəkildə ağrayır.Dünən gecədən qalmada baş ağrım var.Nəsə sizlərdən uzaq Heç bilmirəm niyə 7 il bundan qabaq ki hadisəni xatırlayıram.14 yaşım var idi.Sinifimizə isə rayondan qız gəlmişdi.Nəsə hoş-beş onunla yaxınlaşmışdıq.Mən və iki rəfiqəm. Yadımdadır hər dəfə riyaziyyat dərsində müəllim deyirdi ki"Gülzadə keç otur",çünki yazı taxtasında çoxlu səhvlər edirdi.Üstündən bir müddət keçəndən sonra həmin mövzunu elə yaxşı dərk eləmişdi ki,müəllim ona "Əla" qiyməti yazmışdı,çünki bu dəfə mənasız səhvlər etmirdi.Hərarətimi yoxlayıram deyəsən heç yaxşı deyiləm. Bir gün əlimizdə top əylənməyə çalışırdıq.İdman dərsi idi(Bu dərslər həmişə mənasız keçdiyindən əylənmək üçün alternativ vasitələr axtarmışıq.) Gülzadə birdən birə çox pis olduğunu hərəkət edə bilmədiyini dedi.Rəfiqəm onu evinə apardı.Səhərisi gün öyrəndik ki ,Böyrəyinin biri yox imiş .O da heç pəhriz saxlamırmış.Buna görə də ...