Çox sıxılanda insanları müşahidə etməyə başlayıram.Metroda,avtobusda ,küçədə.Bizim cəmiyyətdə də bir nöqtəyə çox ilişib qalanda səhv başa düşürlər.Bəzən müşahidə etdiyim insanlarda nəyisə bəyənməmiş,filan cür olsaydı daha yaxşı olardı dediyim də olmuşdu.Təəssüf edirəm ki ,çəkmək qabiliyyətim olmadığından sadəcə düşündüklərim xəyal olaraq qalmışdı.Axı çəkmək üçün istedadın olmalıdır.Nəysə. Bu gün səhər isə uşaqlar üçün nəzərdə tutulmuş rəngbərəng ONLİNE JURNAL ilə tanış oldum.Karikaturaların bolluğu ,yazıların əyləncəli xarakteri ilə əminəm uşaqların xoşuna gələn nəsə olmalı idi. Karikatura barədə sadəcə məqalədən oxumuşdum .Onu bilirdim ki İkinci Dünya Müharibəsi dövründə Sovetlər qarşı cəbhənin çox əcaib rəsimlərini çəkirdilər.Məsələn Hitleri qrafikanın gücü ilə alçaldır ,elə imic formalaşdırmaq istəyirdilər ki ,o qəddar,zülümkar biridir.Yəni bu karikaturanın təbliğat xarakteri daşıyan forması idi. Bizim ölkədə isə Karikatura sənəti elədə inkişaf etmədiyini düşünü...