Ordudan yazmaq üçün ordu quruculuğunu ,müharibədən yazmaq üçünsə bir dəfədə olsun müharibənin içində olmaq lazımdır.Müharibənin olmağını arzulamıram da ,xoş hadisə deyil .Corc Oruellin frazası ilə desək Müharibə Sülhdür.Hegomon dövlətlər torpaq iddiası ilə müttəffiq olurlar.Külək hansısa tərəfə hərəkət edirsə ,bir də görürsən fikirlərini dəyişir düşmən olduğu dövlətlə bir məqsədə görə barışırlar.Düşmənimin düşməni mənim dostumdur fikri ön plana keçir.Arada alınb satılanlar isə SadəVətəndaşlar olur.Qazananlar isə güc sahibləri.
Nəysə !
Dünən yeni il gəlir deyə bu mövzuda nəsə axtarmaq istədim .Sonra düşündüm ki onsuz da bunun haqqında çox danışırlar.Danışdıqlarına görədə bayram ab-havası itib batıb.Gözümə sataşan isə dünyanın Ordusunun sayına görə onluqda olan ölkələr dəydi .Bir az araşdırdım.Birinci yerdə Çin Xalq Respublikası idi2285000,Sonrakı yerləri isə növbə ilə ABŞ(1,458,219),Hindistan (1,325,000 ),Şimali Koreya (1,106,000).Türkiyə Cümhuriyyəti isə 6 -ci yerdə (666,576).Orta mövqedə isə Rusiya Federasiyası 1,027,000 nəfər idi.
Təbii bunlar kəmiyyət idi,keyfiyyətin nə qədər olmasını deyə bilmərəm .Görünüən faktlar olduğundan onun dili ilə danışmaq istədim.Şimali Koreya onluqda 4-cü yerdə idi.Əlbəttə əhalinin sayını nəzərə alsaq bu normal hal kimi qəbul etmək olar.Təəccüblü deyil
Ordu quruculuğu kökünü 1930-cu illərdən alır.Bu isə Koreyanın Yaponiya tərəfindən işğalı dövrünə təsadüf edir.Bu vaxtlar Şimal hissəsində ordu gücü 2500 kişidən ibarət idi.
Soyuq müharibə dövründə ordunun sayı artır,Şimali Koreya qonşusu Cənubi Koreyaya qarşı vuruşur.Büdcəsinin Dördə birinə qədərini( təxminən 10 milyard dollar) ordu quruculuğuna sərf edir.
İnternetdə isə ordunun təbliğatı pik nöqtədə idi desəm yanılmaram.Bu ölkənin düşməni olsaydım müharibə etmək ağlımın ucundan belə keçməzdi.Bizim ordunun internetdəki təbliğat səviyyəsi ,tək-tük paraddan alınan görüntülərlə kifayətlənirdi.Məncə düşmənləri belə görüntü ilə aldatmaq olar.Necə ki onlar edirlər
Comments
Post a Comment