Oxuduğum bir çox əsərlərdə qoca qarı ,qarımış qız cütlüyünü görürdüm.Sonra bunu real həyatda axtarmağa başladım.Yazılanlar heç də uydurma deyildi bu dəfə! Ətrafımda kifayət qədər belə cütlüklərə rast gəlirdim.Maraqlı orasında idi ki,bu cütlüklər çox yaxşı yola gedirdilər.Birini digərindən ayırmaq çətin idi.
Bəs nədir onlar arasında bu bağlılığı ,yaxınlığı ,yola getməyi yaradan səbəb?Düşünmüşəm bu haqda .Belə qənaətə gəlmişəm ki,ikisi də sınıqdılar.Birinin şəxsi həyatı alınmamış,digəri isə sakitcə yaxınlaşan ölümünü gözləyir.Bu idi onları yaxınlaşdıran.
Düzdür ata -anaya kimsə baxmalıdır,amma bu evlənməmiş qız olmamalıdır məncə.Sonra həmin qızın həyatına baxdım.Bəlkə indi ailəsi ,uşaqları ola bilərdi.İndi ki kimi başqalarının uşaqlarına baxmır,anasının qayğısını çəkmir,qohumlar arasında ötürücü funksiyası yerinə yetirib arada qalmırdı.
Qadın təkcə ona görə oğlan dünyaya gətirmir ki ,kişinin soyu artsın.Qocalanda baxanı olsun,yalnız tək-tənha ölməsinlər .
Bu belə olmur .Geridə qarımış qız qarı və ya qoca qalır.Elə bir məqam gəlir ki ,bu iki nəslin fərqli nümayəndələri uyğunlaşırlar.Bütövlük əmələ gətirirlər.
Bir gün həmin qarı ölən də isə həmin qarımış qız kinayəli gözsüzmələrlə yanaşı,daim onu təqib edən atmacalarla üzləşir.(bizim cəmiyyət belə qadınları sevmir.Yadımdadır bir dəfəsində amerikan dostuma deyəndə ki bizim cəmiyyətdə filankəs 20 yaşında evlənin dəhşətə gəlmiş ,beş-altı dəfə sual vermiş ,sonra gülüb demişdi ki bizlərdə qadınlar 30 üstündə evlənirlər.))
Beləliklə bir həyat beləcə məhv olur.Bəlkə də onun mükəmməl ailəsi ola bilərdi.Və ya həmin qadının özündə də bir az günah olur"Tərk ediləndən ,sevgisi daşlara "dəyəndən sonra inamı sındırılır nəsibi isə qoca ilə keçən ömür qalır.
Məncə insanlara şans verilməlidir,öz istəklərinin arxasıyca getmələri üçün.
Bir yerdə oxumuşdum deyirdi."Bir gün gələcək insanlar arasında qohumluq,yaxınlıq hissi məhv olacaq.Belə olanda da hər kəs öz həyatını yaşayacaq.Ona maraqlı olmayacaq ata -anaya olan bağlılıq ,atıb gedə bilməmək dərdi.
Bir tərəfdən xoşbəxtəm ki ailəm demokratiklik nümayiş etdirir "istəklərinin arxasıyca get deyir"digər yandan atıb gedə bilməmək duyğusu insanı əzir
Comments
Post a Comment