Skip to main content

Posts

Showing posts from May, 2014

Hörümçək və ağcaqanad

Yarı uçuq vəziyyətdə, divarları toz basmış hamamda çimərkən gözü ağcaqanad ilə hörümçəyə sataşdı. Yayın bu eybəcər istiliyi özü ilə insanlara faydasız olan həşərat tiplərinin də canlanmasına səbəb olmuşdu. Öz-özünə düşündü "İnsan ilə bu məxluqlar daim harmoniya şəraitində yaşayırlar. Şikayət də edə bilmirlər, çünki bunun üçün insan xilqəti kimi nə ağızları, nə də sözləri var”. O başa düşmürdü ki, bu iki fərqli həşəratı bir-birinə nə bağlaya bilər.Bəlkə ətrafdakı digər ağcaqanad sürüsünün ona laqeydliyimi, yoxsa hörümçəyin ona olan vəhşi instinktimi onları yaxınlaşdırırdı. İsti suyun altında bu iki eybəcər məxluqu düşünmək ürəyini sıxırdı, amma sonunu gözləyirdi, hətta işini yekunlaşdırmışdı, amma ləng hərəkət edərək işin sonunu gözləyirdi. Amma təəssüf ki, heç bir şey onun istədiyi kimi olmamışdı. Hörümçək vəhşi aclıq ehtirasını boğmuş, ağcaqanada azadlıq vermişdi