Skip to main content

Getdiyim yol


Dörd il bundan qabaq getdiyim yol.Hər gun ,hər ay,hər il həmin yoldan keçərkən bir az daha başqalaşırdım.Fikirlərim ,insanlara qarşı münasibətim dəyişirdi.Bu yolu getməmişdən qabaq insanlarda gözümə ağ və qara görünürdü .Yaxşılar və pislər.Sonra bu yoldan keçdikcə anladım ki ,insanlar daimi yaxşı ,daimi pis qala bilməzlər.Bütünlüklə yaxşı bütünlüklə pis insan yoxdur.
Hər dəfə bu yoldan qayıdan da başa düşürdüm ki ,arxada qoyduqlarım ilə eyniləşmirəm .Mən dəyişilirdim.Arxada qoyduqlarım isə eyni idilər .Dəyişilməz və sabit.Həyatlarından da məmnun görünürdülər,amma o cəmiyyətə düşdükcə anlayırdım ki ,onlar ilə ortaq nöqtələrimiz yoxdur.Onlar danışdıqca mən sakit qulaq asırdım.Bilirdim ki mən danışmağa başlasam dediklərim onlara mənasız görünəcəkdi.Ona görə susur,arada başım ilə dediklərini təsdiqləyirdim.Bax beləcə bu getdiyim yol məni dəyişdi.
Bu yola çıxmamışdan qabaq çox çəlimsiz ,sadəlövh idim diqqət çəkəcək yönlərim də yox idi.Bu illər ərzində isə dəyişdim.Özümə inamım artdı,əvvəl ki kimi deyildi.İnsanların diqqətini çəkir ,mənimlə dost olmaq istəyirdilər.
Getdiyim yol  dəyişilməmişdi .Yolumdan döndərmək istəyənlərdə tapıldı.Onları dəf etməyi də öyrətdi bu yol.Bəzən öz yolumdan da çıxdım.Getdiyim yolun uğura apardığını düşünmədim.Onların izləri ilə getdim .Onlar isə cəsarətsiz ,əzik çıxdılar .Həmin yolda yarıda qaldım.Qayıtmaq öz yoluma isə əzabverici idi.Əzab da çəkirdim getdiyim yolda.Sonra başımı dik tutub inamla həmin yolu davam elədim.
Hər gün bu yol ilə gedərkən arzularım çoxalır,hədəflərim artırdı.Bu yoldan qayıdan da isə yenə eyni mənzərəni görüb hədəflərimin uzaq olduğunu düşünürdüm.
Həmin cəmiyyətin bir parçası da deyildim artıq.Öz dünyam ,öz əqidəm formalaşmışdı.
Çəsarətimin qırıldığı da oldu bu yolda.Həmin yoldan geri qayıtmaq isə çox çətin oldu bəzən.Bəzən tək qaldım,bəzən gülərək keçdim bu yolu.Hər gün ,Hər ayda dəyişildim.

Comments

Popular posts from this blog

Interesting facts about English-speaking countries’ National Anthem

  Three weeks ago I heard the idea through the “Hidden Brain” podcast on Audible that USA’s president Joe Biden often uses God’s name in his speech. You can see the same approach in exactly USA’s former president Donald Trump’s public speech. Interesting, isn’t it? Then at the weekend time, I decided to search for relevant topic on the internet. I found out these facts which I want to share with my blog post. No offense, British National Anthem looks like admiration of the King, and up until recent days in British National Anthem uses the Queen title in Anthem. But recently after Queen’s death, the title was replaced with King. Ok. Let’s look at these facts.  - In British National Anthem they are saying “God save our King”. But earlier they were saying “God save our Queen.” - As you can see the same thing is happening to Americans’ National Anthem.   They say “In God is our trust”.    - But Canadians say “God keep our land – Canada glorious and free! - I...

Niyə yalan danışırıq?

  -Yeni biri ilə tanış olan kəs 10 dəqiqə ərzində 3 yalan deyir. -Bir insanın yeniyetməlik dövrü onun ən dürüst olduğu dövrdür. -Gün ərzində 1 insan 2-3 yalandan istifadə edir və o həyatımızın bir hissəsidir. -Uşaq danışmağa başlayandan sonra yalan deyirsə, sevinmək lazımdır. -Maraqlıdır ki, yeniyetməlik dövrünə qədər uşaq yalan deyir, sonra bunu yetkinlik dövründə təkrarlamağa başlayır. -Yalançı çobanın nağılı hələ də populyarlığını qorumaqdadır. -Yalanın ağdan qırmızıyadək müxtəlif çalarları vardır. Ağ yalan kiməsə zərər verməzkən, qırmızı isə insanlara ziyan vurur. -Yalan üzə yarışmada ilk pillələrdən birini qazanan xanım deyir ki, yaxşı yalan demək üçün dediyin sözə inanmalısan. Bədən dilin də ona uyğun olmalıdır. -Araşdırmalara əsasən yalan deyən zaman insanın beynində dəyişikliklər baş verir ki, bunu da MRA scan ilə müəyyən etmək olur. -Bəziləri o qədər yalan danışır ki, dediklərinin yalan, yaxud real olduğunun fərqinə varmır. -Dutch insanları danışıqlarda ...